“Mən Péter Magyar və TISZA partiyasını böyük qələbə münasibətilə təbrik edirəm”.
Elchi.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Bu, konstruktiv yanaşmanın üstünlük təşkil etdiyi zaman vacibdir. Ukrayna həmişə Avropada hamı ilə mehriban qonşuluq münasibətlərinə can atıb və biz Macarıstanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq”.
Avropa və hər bir Avropa dövləti güclənməlidir və milyonlarla avropalı əməkdaşlıq və sabitlik üçün səy göstərir.
“Biz hər iki xalqın mənafeyi, eləcə də Avropada sülh, təhlükəsizlik və sabitlik naminə görüşməyə və konstruktiv birgə işləməyə hazırıq”, – deyə o qeyd edib.
Yeganə





















