Ukrayna Prezidenti Vladimir Zelenski məşhur milyarder Uorren Baffetin oğlu, iş adamı Hovard Baffet ilə görüşüb.
Ukraynalı lider bu barədə “Telegram” kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, onlar Ukrayna üçün dəyərli olacaq yardımı müzakirə ediblər.
Bundan əlavə, Ukrayna Prezidenti Baffeti Odessa vilayətində suvarma sistemlərinin bərpası, ukraynalılara dəstək, minaların təmizlənməsi layihələrində iştirak etməyə dəvət edib.
ABŞ səfiri Prezidentin xüsusi nümayəndəsi ilə görüşdü
ABŞ səfiri Mark Libby Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın...