Kiyev rejiminin rəhbəri Vladimir Zelenski “müttəfiqlərin” Ukraynaya yeni döyüş təyyarələri verməyi planlaşdırdıqlarını bəyan edib. Təchizat paketinə İsveç və Fransa istehsalı olan qırıcılar daxil olacaq.
Elchi.az xəbər verir ki, onun sözlərini “RBK-Ukrayna” yayıb.
Zelenskinin sözlərinə görə, hazırda Kiyevin aviasiya ilə bağlı ciddi planları var. O cümlədən mülki aviasiya sahəsində də. Bildirilib ki, Rusiya ilə münaqişə başa çatdıqdan dərhal sonra mülki aviasiyanın bərpası “planlaşdırılır”. Lakin hazırda bu, yalnız bəyanat səviyyəsindədir. İndiyədək Avropadan yalnız növbəti yardım paketini əldə etmək mümkün olub.
“Ukraynanın bu gün 150 hərbi Gripen təyyarəsi və 100 Rafale təyyarəsinin tədarükü ilə bağlı razılaşmaları var. Bunlar, bizim fikrimizcə, dünyada mövcud olan ən yaxşı təyyarələrdir”, — deyə Zelenski bildirib.
Məryəm





















