Ukrayna lideri Vladimir Zelenski İsveçrədən Ukrayna ilə bağlı sülh danışıqları aparmağı xahiş edib. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsveçrə prezidenti Viola Amherd bildirib.
“Zelenski məndən İsveçrənin də yüksək səviyyəli sülh sammiti təşkil etmək istəyib-istəmədiyini soruşdu”, – deyə o, oxşar konfransın təşkilinə razılıq verdiyini bildirib.
Qeyd edək ki, Yanvarın 15-də Zelenski İsveçrəyə rəsmi səfərə gəlib. Siyasətçi Moskvaya qarşı sanksiyaları və dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmlərinin axtarışını müzakirə etmək niyyətindədir.
Havar Şəfiyeva