Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun 2023-cü ilin ilk günündə Ukraynaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini bildirib.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski Telegram hesabında yayımladığı videomüraciətində Rusiya qüvvələrinin 2023-cü ilin ilk günündə Ukraynaya hücumlar həyata keçirdiyini bildirib.
Rusiya qüvvələrinin ölkənin müxtəlif bölgələrinə PUA göndərdiyini qeyd edən Zelenski, 45 PUA-nın Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini vurğulayıb.
Ukraynanın müstəqilliyi üçün mübarizəyə davam edəcəklərini qeyd edən Zelenski, “Ukraynadan bir il belə oğurlaya bilməzlər, müstəqilliyimizi əlimizdən ala bilməyəcəklər. Biz onlara heç nə verməyəcəyik”?-sözlərini deyib.
Yeganə