Ukrayna prezidenti Volodimir Zelenski hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsini düzgün yanaşma hesab etmədiyini deyib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, Zelenski bu barədə milli telemarafonun efirində deyib.
Səbəb isə Ukraynanın müttəfiqlərinin belə bir ssenarini dəstəkləməməsidir:
“Bu halda bizim tək qalacağımız böyük risk var”, – deyə Zelenski bildirib.
O, həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Krımla inzibati sərhəddə olarsa, Rusiya Federasiyası ilə danışıqlara başlamağa hazırdır.
Yeganə