Zelenski: Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır

47

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, bu il müharibəyə son qoymaq üçün ölkəsinin silah yardımına ehtiyacı var.

Elchi.az Trthaber.com.tr-yə istinadən bildirir ki, Ukrayna Prezidentinin rəsmi saytında verilən açıqlamada onun videomüraciəti paylaşılıb.

Zelenski çıxışında Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardığını və Fransanın ölkəsinə təkərli tanklar göndərəcəyini bildirib. Fransanın bu silah dəstəyinin əhəmiyyətinə işarə edən Zelenski Rusiyaya qarşı müharibədə belə yardıma ehtiyac duyduqlarını bildirib.

Ukraynaya silah yardımının Avropanın təhlükəsizliyi üçün də vacib olduğuna diqqət çəkən Zelenski qeyd edib:

“Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır və terrorçu dövlətin məğlubiyyətini sürətləndirə biləcək müdafiə vasitələrinin heç birini gecikdirməmək lazımdır”.

Rusiyanın Ukraynaya qarşı yeni hücum dalğasına hazırlaşdığını iddia edən Zelenski məsələ ilə bağlı bəzi ölkələrin liderlərini məlumatlandırdığını bildirib. Onların əsas məqsədinin bütün Ukrayna torpaqlarının azad edilməsi olduğunu qeyd edən Zelenski ölkəsində tezliklə sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

Rusiyanın ötən ilin sonuna qədər Ukraynanın Donbas bölgəsini tamamilə ələ keçirməyi planlaşdırdığını deyən Zelenski, Ukrayna silahlı qüvvələrinin bu bölgədə düşmənin irəliləməsinə imkan vermədiyini bildirib.

Zelenski bildirib ki, Rusiya ordusu Donetsk bölgəsində hərbi mövcudluğunu artırmaqda davam edir.

Yeganə