"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Ukraynanın ağır zərbəsi Rusiyanı şoka saldı

05 Yanvar 2023 - 12:40
in DÜNYA
FacebookVatsap

Yeni il gecəsi Ukraynanın işğal altında olan Donetsk vilayətinin Makeyevka şəhərində Rusiya ordusunun ağır itkilər verməsini artıq ölkənin Müdafiə Nazirliyi də təsdiq edib. Bir o fərqlə ki, Ukrayna ordusunun 400 nəfərədək hərbçinin öldürülməsi iddiasına qarşı Rusiya tərəfi ölənlərin sayının 89 nəfər olduğunu bildirir.

Bunu da oxuyun

Trampın İrana qarşı mümkün hücumla bağlı yeni bəyanatı: Konkret bir tarixə işarə edir

Merkuri orbitinə daxil olan ikinci kosmik gəmidə hərəkət sistemi problemi

İndoneziyada yanğın faciəsi: 24 ölü, onlarla itkin düşən var

Elchi.az xəbər verir ki, bu sözləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qeyd edib.

Ekspert hücumun hansı şəraitdə baş verməsindən danışıb:

“Hadisə belə olub. Rusiya ordusuna səfərbər olunanlardan 600-dək hərbçi Makeyevkadakı texniki-peşə məktəbinin binasına yerləşdirilib və Yeni il gecəsi Ukrayna ordusu həmin binanı M142 HİMARS sistemlərindən atəşə tutub. Nəticədə bina yerlə-yeksan olub və hələ də dağıntılar altından ölənlərin nəşi çıxarılmaqdadır. Verilən məlumatlarda bu da göstərilir ki, binaya dörd reaktiv mərmi düşüb”.

Ərəstun Oruclu itkilərdə Rusiya hərbi komandanlığının ciddi səhvləri olduğunu vurğulayıb:

“Partlayışın belə dağıdıcı olmasının səbəbi təkcə həmin dörd mərmi deyil. Belə ki, Rusiya ordusunun komandanlığı binanın yaxınlığında döyüş texnikasını da yerləşdiribmiş və zərbə nəticəsində həmin texnikada olan mərmilər də detonasiya edib. Amma məsələ yalnız bununla da bitmir. Məlum olub ki, hərbçilərin yerləşdirildiyi binada hərbi sursat da yerləşdirilib. Amma binanın hədəfə alınmasını asanlaşdıran səbəb kimi Yeni il başlayanda hərbçilərin kütləvi şəkildə mobil telefonlarını açaraq ailələrilə danışması göstərilir. Bunu Rusiya MN-in rəsmisi də təsdiq edib. Başqa bir detal kimi də hərbçilərin cəbhə xəttinə yaxın təhlükəli ərazidə yerləşdirilməsi qeyd olunur. Belə ki, Rusiya ordusunun komandanlığı hərbçilərin yerləşdirildiyi binanın Ukraynanın əlindəki HİMARS sistemlərinin vurmaq imkanı çatan məsafədə olduğunu biliblər. Yəni komandanlıq ən azı bunu bilməli idi, bunun hansısa bəhanəsi ola bilməz.

Bütün bunlar Rusiya ordusunun komandanlığının yol verdiyi səhvlərin (müharibə dövründə bunlar cinayət sayılır) hələ hamısı deyil”.

Ekspert bu qədər itkinin Rusiyada xalq üçün ağır psixoloji zərbə ola biləcəyini vurğulayıb:

“Ukrayna şəhərlərinin intensiv raket atəşinə tutulduğu bir dövrdə Makeyevka dramı təkcə ukraynalıların qisas əməliyyatı və canlı qüvvə itkiləri baxımından Rusiya üçün faciə deyil; eyni zamanda əsl faciə hadisənin indi baş verməsidir. Belə ki, bir qədər əvvəl Rusiyada ordunun şəxsi heyətinin sayının 350 min nəfərədək artırılması elan olunub. Bunu da yalnız yeni səfərbərlik yolu ilə həyata keçirmək olar. Müxtəlif mənbələr həmin səfərbərliyin (2-ci dalğanın) yanvarın ilk günlərində başlayacağını bildiriblər. Baş verən faciə bu mənada Rusiya əhalisi üçün ağır psixoloji zərbə ola bilər. Səfərbərliyin ilk mərhələsində ölkədən yüz minlərlə gəncin qaçdığını nəzərə alsaq, bu dəfə yayınanların sayının dəfələrlə çox olacağını təsəvvür etmək çətin deyil. Hərçənd ki, Rusiyadan daxil olan məlumatlarda sərhədlərin bağlanacağı da bildirilir. Digər tərəfdən çağırış yaşında olanların hətta yaşadıqları şəhərləri və regionları tərk etməsinə də məhdudiyyətlər tətbiq olunacağı haqqında informasiyalar var. Bunun fiziki olaraq necə ediləcəyi məlum olmasa da, səfərbərliklə bağlı başqa bir ehtimal da yetərincə real görünür. O, Rusiyadakı daxili vəziyyəti gərginləşdirəcək. İlk səfərbərlik artıq göstərdi ki, ruslar onsuz da təqdim olunduğu qədər “vətən uğrunda” ölməyə hazır deyil”.

Oruclu iqtisadi vəziyyətin ağırlaşmasının hakimiyyət daxilində çəkişmələri artıracağını da bildirib:

“Ölkədəki sosial-iqtisadi vəziyyətin daha da ağırlaşması isə əhalidə “vətənpərvərliyin” hərarətini bir qədər də aşağı salacaq. Bu da öz növbəsində ictimai-siyasi gərginliyin artmasına təsir edə bilər. Onsuz da sözügedən sahədə vəziyyət ürəkaçan deyil. Hələlik savaş kabinetlər daxilində getsə də, zaman-zaman onun əlamətləri üzə çıxmağa başlayır. Məsələn, Putinin (Kremlin) yaratdığı qoçu (və ya cəza) dəstələrindən birinin başçısı, “Putinin aşpazı” kimi tanınan Yevgeniy Priqojin bu günlərdə birbaşa Baş Qərargah rəisi Valeri Gerasimovu hədəfə aldı.

Hər kəsə bəllidir ki, Putinin şəxsi tapşırığı olmadan bunu heç kəs, hətta “Vaqner” özəl hərbi şirkətinin sahibi də edə bilməz. Bu isə o deməkdir ki, Moskva kabinetlərindən başlayan və asta-asta media məkanına keçən hakimiyyətdaxili savaş növbəti mərhələdə Moskvanın və digər böyük şəhərlərin küçələrinə də yol aça bilər. Amma tərəflərin sivil siyasi mübarizə resurslarından dəfələrlə çox hərbi gücə malik olduğunu və buna güvəndiyini nəzərə aldıqda mübarizənin “Kalaşnikov” avtomatından tutmuş təyyarələrin və tankların da cəlb olunması ilə yekunlaşacağı istisna olunmur. Belə təcrübə də Rusiyanın yaxın tarixində artıq iki dəfə olub. Obrazlı ifadə etdikdə, indi əsas sual da budur ki, Ukrayna ordusunun Makeyevkada atdığı HİMARS-lar növbəti mərhələdə Moskvanın, Sankt-Peterburqun, Samaranın və digər Rusiya şəhərlərinin küçələrində partlayacaqmı?”

Previous Post

Ukraynanın ağır zərbəsi Rusiyanı şoka saldı

Next Post

Bakıda iki qardaş bıçaqlandı

Bənzər yazılar

Trampın İrana qarşı mümkün hücumla bağlı yeni bəyanatı: Konkret bir tarixə işarə edir

Trampın İrana qarşı mümkün hücumla bağlı yeni bəyanatı: Konkret bir tarixə işarə edir

23 Noyabr 2026 - 11:09

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılaşma əldə olunmasa, 1 yanvar 2027-ci il tarixindən sonra bu ölkəyə qarşı hərbi...

Merkuri orbitinə daxil olan ikinci kosmik gəmidə hərəkət sistemi problemi

Merkuri orbitinə daxil olan ikinci kosmik gəmidə hərəkət sistemi problemi

23 Noyabr 2026 - 10:56

Avropa və Yaponiyanın birgə layihəsi olan "BepiColombo" kosmik gəmisi səkkiz illik səyahətdən sonra Merkuri orbitinə daxil olan ikinci aparat oldu;...

İndoneziyada yanğın faciəsi: 24 ölü, onlarla itkin düşən var

İndoneziyada yanğın faciəsi: 24 ölü, onlarla itkin düşən var

23 Noyabr 2026 - 10:47

İndoneziyanın Banten əyalətindəki qənnadı fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 24-ə çatıb. Xilasetmə qrupları, tikilinin uçma təhlükəsinə baxmayaraq, yanaraq...

OpenAI süni intellektin inkişafı üçün ortaq məhdudiyyətlər təklif edir

OpenAI süni intellektin inkişafı üçün ortaq məhdudiyyətlər təklif edir

23 Noyabr 2026 - 10:33

OpenAI-ın baş alimi Yakub Paçotski, sürətlə inkişaf edən süni intellekt modellərinin yaratdığı riskləri aradan qaldırmaq məqsədilə, bütün sənaye sahəsini əhatə...

Next Post
Bakıda iki qardaş bıçaqlandı

Bakıda iki qardaş bıçaqlandı

Bayden: Nümayəndələr Palatasında prezident seçilməmək ölkə üçün yaxşı imic deyil

Bayden: Nümayəndələr Palatasında prezident seçilməmək ölkə üçün yaxşı imic deyil

Son xəbərlər

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

23 Noyabr 2026 - 11:17
Trampın İrana qarşı mümkün hücumla bağlı yeni bəyanatı: Konkret bir tarixə işarə edir

Trampın İrana qarşı mümkün hücumla bağlı yeni bəyanatı: Konkret bir tarixə işarə edir

23 Noyabr 2026 - 11:09
Merkuri orbitinə daxil olan ikinci kosmik gəmidə hərəkət sistemi problemi

Merkuri orbitinə daxil olan ikinci kosmik gəmidə hərəkət sistemi problemi

23 Noyabr 2026 - 10:56
İndoneziyada yanğın faciəsi: 24 ölü, onlarla itkin düşən var

İndoneziyada yanğın faciəsi: 24 ölü, onlarla itkin düşən var

23 Noyabr 2026 - 10:47
OpenAI süni intellektin inkişafı üçün ortaq məhdudiyyətlər təklif edir

OpenAI süni intellektin inkişafı üçün ortaq məhdudiyyətlər təklif edir

23 Noyabr 2026 - 10:33
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Alimlərdən ağcaqanadların yaydığı xəstəliklərə qarşı ağcaqanadla mübarizə üsulu

23 Noyabr 2026 - 10:25
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir – FOTO

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir – FOTO

23 Noyabr 2026 - 10:12
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

23 Noyabr 2026 - 09:56
NİİM: Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb

NİİM: Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb

23 Noyabr 2026 - 09:44
FHN: Ötən həftə 172 yanğına çıxış olub, 34 nəfər xilas edilib – VİDEO

FHN: Ötən həftə 172 yanğına çıxış olub, 34 nəfər xilas edilib – VİDEO

23 Noyabr 2026 - 09:32
“Brent” neftinin qiyməti 115 dolları ötdü

Neftin qiyməti həftəyə artımla başlayıb

23 Noyabr 2026 - 09:27
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

23 Noyabr 2026 - 09:19
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

22 Noyabr 2026 - 13:45
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib

22 Noyabr 2026 - 13:41
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib

Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib

22 Noyabr 2026 - 12:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.