Ukrayna prezidenti Vladimir Zelenski “PMC Wagner”-in ora köçürülməsindən sonra Belarusla sərhədin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib.
Elchi.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
O qeyd edib ki, Kiyev Belarusdakı vəziyyəti daim nəzarətdə saxlayır. Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujniyə və “Şimal” əməliyyat komandanlığının rəhbəri Sergey Nayevə şimal istiqamətini gücləndirmək üçün kompleks tədbirlər görməyi tapşırıb.
Nuranə Məmmədova