Diplomat Zelenskinin ölkənin nüvə statusunu nəzərdən keçirməklə hədələdiyini xatırladıb.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna hələ də nüvə silahı istehsal etmək potensialını saxlayır, ona görə də beynəlxalq ictimaiyyət Kiyevin ölkənin nüvə statusunun bərpası mümkünlüyü ilə bağlı bəyanatlarını ciddi qəbul etməlidir.
“2022-ci ilin fevralında Vladimir Zelenski Münhen Konfransında Kiyevin nüvə silahından imtinasına yenidən baxacağı ilə hədələdi. Beynəlxalq ictimaiyyət bu cür təhlükəli bəyanatları ciddi qəbul etməlidir, xüsusən də Ukrayna hələ də nüvə silahı istehsal etmək potensialına malikdir”, – deyə o, Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirib.
Şayəstə Hüseynova