Zaxarova Qərbin Cənubi Qafqazdakı müdaxiləsini hörmətsizlik adlandırıb

45

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyası ilə birgə hazırlanmış sülh təşəbbüslərinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Elchi.az xəbər verir ki, Zaxarova bu barədə “Sputnik”ə bildirib.

Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə cəhdlərini hörmətsizlik adlandırıb. Onun sözlərinə görə, Qərbin bu siyasəti münaqişənin həlli üçün deyil, birbaşa əks məqsəd üçün aparılır:

“Təəssüf ki, biz burada uzun illərdir ki, belə tendensiyanın şahidi oluruq. İndi qərblilər daha da fəallaşıblar”, – diplomat əlavə edib.

O, xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və konfliktlərin sayı kollektiv Qərb ucbatından və Qərbin təşəbbüsü ilə artır.

“Heç kim deyə bilməz ki, kollektiv Qərbin ayağı, əli və ya ağlı olan hər yerdə vəziyyət yaxşılaşıb”, – deyə Zaxarova bildirib.

Yeganə