Rusiya Xarici İşlər Nazirliyi Kiyev hakimiyyətinin müsadirə edilmiş Rusiya aktivlərinin satışı ilə bağlı qərarını şərh edib.
Elchi.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu soyğunçuluq adlandırıb.
“Ölkədə öz təqsiri ilə yaranmış vəziyyəti yaxşılaşdırmaq istəyinin arxasında gizlənən Kiyev rejimi açıq soyğunçuluq edir. Kiyev hətta Rusiya əmlakını mənimsəmək üçün boş yerə hansısa hüquqi formul yaratmağa çalışan Qərb “müəllimləri”ni də qabaqlayır.
Nasist Almaniyası Avropa ölkələrində və Sovet İttifaqında başqalarının əmlakını və sərvətini ələ keçirərək fəal şəkildə qarət edirdi. Qanunilik mövzusu onları narahat etmirdi. Kiyev rejimi bu gün də eyni şəkildə hərəkət edir və Ukrayna rəhbərliyi də bu cür hərəkətlərin qanunsuzluğundan utanmır”.
Yeganə