Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski özünü qərarlar qəbul edirmiş kimi göstərsə də, əslində belə deyil.
Elchi.az bu barədə Vesti.ru-ya istinadənxəbər verir.
Təsdiq kimi o, Amerika lideri Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin yazda hücuma başlamaq planlarını açıqladığını göstərib.
Zaxarova həmçinin qeyd edib ki, 2,5 milyard dollar dəyərində qiymətləndirilən silahların yeni partiyası irəliləməyə kömək etməlidir. Bunlar hərbi texnika, silah və sursatdır.
Xatırladaq ki, Bayden daha əvvəl ABŞ-ın Ukraynaya “31 M1 Abrams” tankı təhvil verəcəyini bildirmişdi. Eyni çıxışında ABŞ prezidenti Ukrayna Silahlı Qüvvələrinin yaz hücumunu elan edib.
Bundan əlavə, Mariya Zaxarovanın sözlərinə görə, Ramşteyn bazasında keçirilən görüş təsdiqlədi ki, Qərb münaqişəni gərginləşdirməyə çalışır və Kiyevə ağır texnika tədarükünü davam etdirəcək.
Yeganə