Avropa İttifaqının (Aİ) onuncu sanksiyalar paketi Avropanın iqtisadi suverenliyini öldürən “gecikmiş zəhər”dir. Elchi.az Ria Novostiyə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müntəzəm anti-Rusiya məhdudiyyətlərinin tətbiqini belə şərh edib.
“Sanksiyalar yavaş hərəkət edən zəhərdir. Lakin onlar ilk növbədə Avropa Birliyinin iqtisadi suverenliyini “öldürürlər”deyən diplomat əlavə edib ki, yeni sanksiyalar paketinin tətbiqi ilə Avropa İttifaqı özünü Rusiyadan daha da hasarlayır”.
Zaxarovanın sözlərinə görə, dünyanın qalan hissəsi bu sanksiyaları qanunsuz, qlobal iqtisadiyyata zərbə vuran, ərzaq və enerji təhlükəsizliyinə zərbə vuran kimi rədd edib. Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, yeni məhdudiyyətlər yalnız dünyanın Qərbin mahiyyətcə neokolonial diktator siyasətindən imtinasını gücləndirəcək.
Havar Şəfiyeva