ABŞ dövlət katibi Entoni Blinken və digər ABŞ rəsmilərinin jurnalist Evan Qerşkoviçin həbsi ilə bağlı vəziyyət fonunda həmvətənlərini Rusiya Federasiyası ərazisini tərk etməyə çağırması ikiüzlüdür. Faktmedia.az TASS-istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Məhz Vaşinqton ABŞ-da və üçüncü ölkələrdə yaşayan və ya orada müvəqqəti qalan, Amerika xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının iddiaları olan ruslar üçün əsl ov başlatdı”, – diplomat şərh edib.
Havar Şəfiyeva