"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Zamirə Dadaşova: “Toy “priçoska”ları edib efirə çıxırlar” – fotosessiya

27 Sentyabr 2014 - 21:52
in ŞOU
FacebookVatsap

“Space” telekanalının aparıcısı Zamirə Dadaşovanın Publika.az-a müsahibəsipublika.az141180490810629871_724100754329551_3764477970178791801_n

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

 

 

– Zamirə xanım, son illər ard-arda bir neçə faciə ilə üzləşdiniz. Sonuncu hadisədə isə övladınız dünyasını dəyişdi. İndi isə iş məhkəmədədir. Doğrudanmı, hesab edirsiniz ki, övladınızı itirməyinizdə əsas günahkar məhkəməyə verdiyiniz 2 saylı qadın məsləhətxanasının həkimləridir?

 

– Hadisə 2011-ci il iyunun 1-də olub. Ondan əvvəl qadın məsləhətxanasında sahə həkimi Sona Aslanovaya müraciət etmişəm, müayinələrdən keçmişəm, hətta ayda bir dəfə, lazım olduğu halda iki dəfə getmişəm. Bütün analizlərin kağızları məndədir. Həkim bildirdi ki, hər şey qaydasındadır. İyunun 1-də özümü pis hiss etdiyimə görə Perinatal Mərkəzə yerləşdirilmişəm, iyunun 2-də övladım dünyaya gəlib, bir gün sonra dünyasını dəyişib.  Övladım dünyaya gələndən sonra vəziyyətim daha da ağırlaşdı, çəkim 100 kiloya qalxdı, bütün orqanlarımın fəaliyyətində ciddi problem yaranmışdı. Xəstəxanada yaxınlarıma demişdilər ki, bundan əlinizi üzün. Ən pisi o idi ki, cəmi bir gün yaşamış uşağımın üzünü də görmüşdüm. Hadisədən bir müddət sonra düşündüm ki, bu həkim cəzasız qalmamalıdır. Amma o vaxta qədər işin içində cinayət əməlinin olduğunu bilmirdim. Məqsədim mənə dəyən mənəvi ziyanı ödədərək təsəlli tapmaq idi.

 

– 2 saylı qadın məsləhətxanasını məhkəməyə vermişdiniz…

– 2 saylı qadın məsləhətxanasını Yasamal rayon Məhkəməsinə verdim. Ancaq maddi ziyan tələbi qoydum. Məhkəmə prosesində tibbi və texniki ekspertiza təyin olundu. Texniki ekspertiza zamanı bəlli oldu ki, məsləhətxanada xəstəxanaya göndəriş jurnalının 21 və 27-ci səhifələrində dəyişiklik olunub. Bu, artıq sənəd saxtakarlığıdır. Tibbi ekspertiza isə bildirdi ki, vaxtında düzgün müayinə olsaydı, uşaq ölməzdi və mən də bu vəziyyətə düşməzdim. Yasamal Rayon Məhkəməsi bütün bunlara  qiymət vermədi. Vəsatət qaldırdım ki, xüsusi qərar çıxarılsın və iş baxılması üçün prokurorluğa göndərilsin. Vəsatətim təmin olunmadı. Yasamal Rayon Məhkəməsinin çıxardığı qətnamənin qərar hissəsində göstərilirdi ki, uşaq ana bətnində ölüb. Halbuki uşağım bir gün yaşamışdı, üzünü də görmüşdüm. Bunun üçün epikriz, ölüm səbəbləri var. Məhkəmə işlə tanış olmamış, ölüm faktını araşdırmadan qarşı tərəfin xeyrinə qərar çıxardı. Doğrusu, bu qərardan sonra bir qədər ümidsizləşdim və düşündüm ki, digər məhkəmələr də ədalətsiz qərar çıxarar. Buna görə ölkə rəhbərliyinə müraciət edərək, işə ədalətli baxılması üçün xahiş elədim. Qərardan Apelyasiya Məhkəməsinə şikayət verdim və işə ədalətli baxıldı. Cinayət işi açılmasa da, günahkar tərəf maddi və mənəvi ziyana görə 9500 manat cərimələndi. Amma bu, mənim xərclədiyimdən qat-qat aşağı idi. Bundan 3 dəfə artıq pul xərcləmişdim. Amma ən azı, mənəvi rahatlıq tapdım. Buna görə cənab prezidentə təşəkkürümü bildirirəm.

 

 

– Ali Məhkəməyə kasasiya şikayətini qarşı tərəf vermişdi?

– Ondan sonra qarşı tərəf Ali Məhkəməyə kasasiya şikayəti verdi və qərar qüvvədə saxlanıldı.

 

– Amma mətbuat yazırdı ki, qarşı tərəf 13 min manat cərimələnib.

– Mətbuat yanlış yazmışdı. 13 yox, 9500 min manat cərimələnmişdilər.

 

– Bu qərardan razısınız, yoxsa növbəti addımı atmaq fikriniz var?

– Çox istərdim ki sənəd saxtakarlıqlarına, yanlış müayinə nəticəsində övladımı itirdiyimə görə cəzalarını çəksinlər. Ali Məhkəmənin qətnaməsini alandan sonra, ola bilsin ki, cinayət işinin açılması üçün prokurorluğa müraciət edəm. İnanmıram ki, prokurorluqda kimsə sənəd saxtakarlığına göz yumsun.

 

– Bütün bunlar iş həyatına, karyeranıza necə təsir elədi?

– Təbii ki, çox pis təsir elədi. Amma həyat davam edir. Övladlarıma, ailəmə görə yaşamağa dəyər. Ondan bir neçə il əvvəl də 6 nəfər yaxınımı – anamı, bacımı, qardaşımı və bacımın üç övladını itirmişdim. Ardınca övlad itkisi də yaşamaq…Yaşadıqlarımı izah edə bilmərəm.

 

– Bu yaxınlarda aparıcısı olduğunuz “Hər həftə” informasiya proqramından ayrıldınız. Səbəb nə idi?

– Ola bilsin, yeni layihəyə başladım. Belə qərar verdik ki, yeni bir layihədə özümü sınayım.

 

– Bu da xəbər proqramı olacaq, yoxsa əyləncəli veriliş?

– Heç vaxt özümü əyləncə sahəsində görməmişəm. 20 ildir televiziyadayam və xəbər sistemindən çıxmamışam. Heç bir əyləncəli proqramda işləyə bilmərəm. Amma ola bilsin ki, qadınlara aid veriliş aparam.

 

-Telekanalların simaları olmalıdır. Amma Azərbaycanda aparıcılar tez-tez iş yerlərini dəyişirlər. İndiyə kimi cəmi iki iş yeriniz olub…

-11 il dövlət televiziyasında işləmişəm, sentyabrın 1-də də  “Space”də işə başlamağımın 8 ili tamam oldu. İş yerimi tez-tez dəyişməyi sevmirəm. AzTV-dən çıxıb, “Space”ə gəldiyim müddətdə çox təkliflər olmuşdu.

 

– İndi də var həmin təkliflər?

– Artıq mən heç bir telekanala getmək istəmərəm və təklif də gözləmirəm.

 

– Bu faktdır ki, AzTV məktəbdir. Amma niyə o məktəbi keçənlərin əksəriyyəti başqa yerlərdə çalışsalar da, orda qoyulmuş çərçivələri aşa bilmirlər. Məsələn, siz deyirsiniz ki, əyləncəli veriliş apara bilmərəm. Səbəb nədir?

– Bəlkə də, səbəb elə dediyiniz həmin çərçivədir. Biz belə öyrəşmişik. İndi xəbər aparıcılarına baxıram, şou göstərirlər, özlərini nümayiş etdirirlər. Xəbər aparıcısı xəbər çatdırmalıdır. Efirə uzun sırğalar taxırlar, zərli paltarlar geyinirlər. Xəbər xəbər olmalıdır və tamaşaçının diqqətini yayındırmamalısan. Aparıcı xəbəri oxuyursa, tamaşaçının fikri onun sırğasında, zəncirində qalmamalıdır.

 

– Onda kosmetika da lazım deyil. O da diqqət çəkir.

– Efir makiyajı lazımdır. Toy “priçoska”ları edib efirə çıxırlar. Bu, qətiyyən doğru deyil.

 

 

– “Space”də belə aparıcılar var?

– (gülür) Onu tamaşaçılar deyə bilər. Amma mən özüm elə deyiləm.

 

– Son illərin xəbər aparıcılarından kimləri bəyənirsiniz?

– Nəsimi Nəbizadə mükəmməl aparıcıdır və hər bir vəziyyətdən çıxır. Efirdə bir “brak” olan kimi aparıcıların çoxu özünü itirir. Ya kameraya baxır, ya rejissor otağına. Biz efirə canlı çıxırdıq və hər an prezident sərəncamı gələ bilərdi. Mətnlə tanış olmadan onu tamaşaçıya çatdırırdıq. İndi hansı aparıcının qarşısına tanış olmadığı xəbəri qoysan, üzündən oxuya bilməyəcək. Bir də, əksəriyyəti xarici adları səhv deyirlər.

 

– Bəs ləhcələr?

– Ləhcələrdən danışmayın, dəhşətdir. Amma yetərincə peşəkar aparıcılarımız da var. Lalə Azərtaşı, Samirə Mustafayevanı, Günay Yelmarqızını bəyənirəm.

 

İntiqam VALEHOĞLU

 

 

Previous Post

Zamirə Dadaşova: “Toy “priçoska”ları edib efirə çıxırlar” – fotosessiya

Next Post

Türkiyə ilə sərhəddə müəmmalı hadisə – VİDEO

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

Türkiyə ilə sərhəddə müəmmalı hadisə - VİDEO

Türkiyə ilə sərhəddə müəmmalı hadisə - VİDEO

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.