Zaman Ukraynanın xeyrinə deyil – Maykl Makfol

73

Siyasətçi hesab edir ki, Kiyev münaqişəni uzatmaq niyyətində deyil.
Elchi.az xəbər verir ki, ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol vaxtın Kiyevin xeyrinə işləmədiyini bildirərək, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hərbi uğurlarının narahatlıq doğurduğunu qeyd edib.
“Vəziyyət əslində bir neçə aydır ilişib qalıb və bu məni əsəbiləşdirir. Mən ukraynalıların dayana bilməsindən narahatam”, – diplomat Newsweek-ə açıqlamasında bildirib.
Makfol hesab edir ki, Ukrayna münaqişəni uzatmaq niyyətində deyil. “Ukraynalılar vaxtın onların xeyrinə olduğuna inanmırlar. Onlar uzunmüddətli münaqişə istəmirlər, çünki dözə bilməyəcəklərini düşünürlər” deyə o, Kiyevin “əsgərlərinin tükənməsinin” birinci səbəbini, ikinci səbəb isə Ukraynanın Qərb ölkələrinin dəstəyinin sona çatmasından qorxduğunu qeyd edib.
Xatırladaq ki, Makfol bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskiyə Qərb silahları müqabilində onlardan Rusiya ərazisinə zərbələr endirməmək üçün qanuni müqavilə imzalamağı təklif etmişdi.

Şayəstə