zərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə gedir.
Elchi.az xəbər verir ki, nazir Konyada yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.
Qeyd edək ki, təlimlər aprelin 27-də başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.