Zabit Səmədov: “Rəqibim revanş təklif edib, gələcəkdə bu təklifə baxarıq”

181
SHARES
317
VIEWS
Zabit Səmədov: "Rəqibim revanş təklif edib, gələcəkdə bu təklifə baxarıq"
“Mən rəqibimin döyüşlərinə baxmışdım, o zəif deyildi”.

Elchi.az-ın report-a istinadən məlumatına görə, bunu Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov belçikalı Məhəmməd Malik Sinistra üzərində qələbədən sonra Bakıya qayıdarkən jurnalistlərə deyib.

Bunu da oxuyun

Onun sözlərinə görə, 33 yaşlı belçikalı idmançı iki il bundan qabaq da onunla döyüşmək istəyib: “Elə oldu ki, döyüş Türkiyədə təşkil olundu. Döyüşü hamı izlədi və nəticə məlumdur. Döyüşdən sonra rəqibim revanş təklif etdi. Gələcəkdə bu təklifə baxarıq”.

Döyüşlərinin harada keçirilməsi ilə bağlı qərarı özünün verdiyini deyən idmançı bildirib ki, döyüşlərlə bağlı ona təkliflər çox olur: “Türkiyədə olan döyüşün belə bitməsini istəməzdim, çünki döyüşü fərqli qurmaq istəyirdim. Rəqibimin zədələnməsini istəməzdim, zədəni mən ona vurmaq istəyərdim”.

Z.Səmədov bildirib ki, avqustun 23-ü Əhməd Hacıkadırovun ad gününə həsr olunmuş turnirdə iştirakı gözlənilir: “Son iki ildir mən orda vuruşuram”.

Qeyd edək ki, Z.Səmədov may ayının 14-də belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib. Gebze İdman Sarayında baş tutan qarşılaşma Zabitin 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb. Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib və hakim qarşılaşmanın Z.Səmədovun xeyrinə dayandırıb.

Bənzər yazılar

Next Post

Son xəbərlər