"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yunusların məhkəməsində sensasion yenilik…

04 Avqust 2015 - 18:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Yunusların məhkəməsində sensasion yenilik...

Bunu da oxuyun

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Şahid: “Tədbirlərin birində erməni jurnalist mənə yaxınlaşaraq, Leyla Yunusla əməkdaşlıq edə biləcəyimi dedi, onun telefon nömrəsini mənə verdi”

Mətanət Əzizova: “Qadın Krizis Mərkəzi qeydiyyatdan keçmədiyi üçün xaricdən təşkilata ayrılan pullar Ön Qafqaz Qadınlarının Cəmiyyətinin hesabına köçürülürdü”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə jurnalist Anna Daqidaşvili şahid qismində dindirilib.
O, fəaliyyəti ilə bağlı tez-tez xaricdə səfərdə olduğunu, konfranslara qatıldığını bildirib: “Belə tədbirlərin birində erməni jurnalist mənə yaxınlaşaraq, Leyla Yunusla əməkdaşlıq edə biləcəyimi dedi və onun telefon nömrəsini mənə verdi. Mən Leyla Yunusla əlaqə saxlayıb, əməkdaşlığa başladım. İşim Dağlıq Qarabağ məsələsinə dair müsahibələr alıb, onların jurnalına təqdim etməkdən ibarət idi. Bu işimə görə mənə 150-170 manat ödənirdi. Leyla Yunus Rauf Mirqədirovla əlaqə saxlayıb, müsahiblərə verəcəyim sualları ondan almağımı tapşırdı. Rauf Mirqədirovun nömrəsini verdi. Bundan sonra sualları mən ondan alırdım”.
Jurnalist Əkbər Həsənov isə Arif Yunusun dəvəti ilə 2 dəfə – 2006 və 2007-ci illərdə Ermənistanda səfərdə olduğunu deyib: “Yunusovları yaxşı tanıyıram. Mənə maraqlı olduğu üçün onun təkliflərini qəbul etdim. Mənimlə bərabər Arif Yunus və Azad İsazadə də olub. Arif Yunus daha çox Ermənistan prezidentinin keçmiş xüsusi nümayəndəsi, “Həmrəylik” Araşdırma Mərkəzinin rəhbəri, politoloq David Şahnazaryanın təşkil etdiyi görüşlərə qatılırdı. Mən yazı yazıb qonorar alırdım. Onlarla əlaqəm 2012-ci ildə korlandı. Buna səbəb Arif və Leyla Yunusların jurnalistləri aşağılaması oldu. Onlar ikisi Baden Badenə gedirdi. Soruşdum ki, jurnalistləri niyə aparmırsınız? Arif Yunus kinayəli şəkildə “jurnalistlərin orda nə işi var” dedi. Gördüm ki, onlar bizə aşağı sinfin nümayəndələri kimi yanaşırlar. Bundan sonra onlarla əlaqəmi kəsdim”.
Həbsdə olan jurnalist Rauf Mirqədirov şahid ifadəsində bildirib ki, Yunusovlar ailəsini 90-cı illərin əvvəllərindən tanıyır: “Məni Ermənistanda keçirilən tədbirlərə Arif Yunus vasitəsilə dəvət olunurdum. Orada hər il tədbirlər keçirilirdi. Mən ya özüm gedirdim, ya da telefonla qatılırdım. 2002-ci ildə Arif Yunusa dedim ki, məni ödənişli layihəyə yazsınlar ki, qonorar alım. Belə də elədilər. Bundan başqa, Sülh və Demokratiya İnstitutunun şəbəkə layihələrindən də pul alırdım”.
“Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, bankda Leyla Yunusun özünün və müəssisəsinin hesabları olub.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Leyla Yunusun rəhbərlik etdiyi təşkilatın layihələrində iştirak etmədiyini deyib. Əlavə edib ki, Qadın Krizis Mərkəzi qeydiyyatdan keçmədiyi üçün xaricdən mərkəz üçün ayrılan qrantlar Ön Qafqaz Qadınlarının Cəmiyyətinin hesabına köçürülüb. Leyla Yunus həmin pulları Qadın Krizis Mərkəzinə verib.
Sonra hazırda Rusiyada yaşayan, 2005-2007-ci illərdə “Bank Standart”ın İdarə Heyətinin sədri olmuş Səlim Pirimovun istintaqa ifadəsi oxunub. İfadədə Arif Yunusun hesabına 2 dəfə Ermənistandan, 2 dəfə isə başqa xarici dövlətdən pul köçürüldüyü bildirilib.
Prosesdə hazırda xaricdə yaşayan Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın məktubu oxunub. M. Əzizova istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Leyla Yunusdan dəfələrlə pul aldığını bildirib. O da bildirib ki, Qadın Krizis Mərkəzi qeydiyyatdan keçmədiyi üçün xaricdən təşkilata ayrılan pullar Ön Qafqaz Qadınlarının Cəmiyyətinin hesabına köçürülüb. Dəfələrlə Leyla Yunusla görüşərək, həmin pulları alıb. M. Əzizova Leyla Yunusun Ermənistanda dəfələrlə tədbirlər keçirdiyini və buna görə qrantlar aldığını yazıb. Bildirib ki, Leyla Yunus Sülh və Demokratiya İnstitutu xətti ilə keçirilən tədbirlərə görə ona pul verməyib.
Məhkəmə prosesi avqustun 5-də davam etdiriləcək.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Previous Post

Yunusların məhkəməsində sensasion yenilik…

Next Post

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi seçildi

Bənzər yazılar

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

Next Post

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi seçildi

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi seçildi

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.