"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yunanıstanda referendumun nəticəsi: oraqla çəkic güclənir – ŞƏRH

07 İyul 2015 - 12:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

Burada yalnız milli iradənin olması o qədər də inandırıcı deyil Yunanıstanda əhali ölkənin borclarının ödənilməsi üzrə kreditorlarla sazişin bağlanmasına “Yox” deyib. İyulun 5-də məsələ ilə bağlı keçirilən referendumda seçicilərin 61,31 %-i bu sazişin imzalanmasına qarşı səs verib.

Səsvermənin nəticələri elan olunduqdan sonra Yunanıstanın baş naziri Aleksis Çipras ölkə əhalisinə müraciətində bunları deyib: “Yunan xalqı necə Avropa istədiyini ortaya qoydu. Vəziyyətin çətinliyinə baxmayaraq, sizlər çox cəsarətli seçim etdiniz. Sizin mənə verdiyiniz mandat Avropa ilə əlaqələrin kəsilməsinə deyil, səmərəli qərar qəbul edilməsi üçün danışıqlarda mövqeyimizi gücləndirməyə xidmət edəcək”.

O, bu gün danışıqlar masasına oturmağa hazır olduğunu bəyan edib. Baş nazir ölkə prezidenti Prokopis Pavlopulosdan mövcud vəziyyəti müzakirə etmək üçün siyasi partiyaların liderləri ilə görüş keçirməyi xahiş edib.

Referendumun nəticələri ilə bağlı Avropa Komissiyasının yaydığı bəyanatda isə deyilir: “Avropa Komissiyası nəticəni nəzərə alaraq, Yunanıstandakı referendumun nəticəsinə hörmət edir”.

Nəticələr açıqlandıqdan sonra Almaniyanın kansleri Angela Merkel ilə Fransanın prezidenti Fransua Olland arasında telefon danışığı olub. İki ölkə lideri Yunanıstandakı referendumun yekunlarını və yaranmış vəziyyəti müzakirə ediblər.

Bu gün Avropa İttifaqının məmurları Yunanıstan məsələsinə dair məsləhətləşmə aparacaq, iyulun 7-də isə avrozona liderlərinin təcili toplantısının keçirilməsi planlaşdırılıb.

Avropa Qrupunun başçısı Yerun Deysselbulm referendumun nəticəsinin Yunanıstan üçün “çox kədərli” olduğunu bildirərək deyib: “Yunanıstan iqtisadiyyatının bərpası üçün çətin tədbirlərin görülməsi və islahatların aparılması qaçılmazdır. Biz indi təşəbbüsü Yunanıstan hakimiyyətindən gözləyirik”.

Referendumun nəticələri elan olunduqdan sonra ölkə paytaxtı Afinada sazişin əleyhdarları bayram nümayişi keçiriblər. Meydanda oraq-çəkicli bayraqlar yellədiblər. Bu siyasi tədbirdən öncə Avropa İttifaqının bir sıra şəhərlərində sazişin bağlanmaması ilə bağlı Yunanıstanda dəstək aksiyaları da keçirilib.

Məlumatlara əsasən, Yunanıstanın Aİ və Beynəlxalq Valyuta Fonduna 300 milyard avrodan artıq borcu var. Bir sıra analitiklər hesab edir ki, bu kreditlər diktatorların hakimiyyəti illərində verilib və həmin maliyyə vəsaiti onların rejiminin möhkəmlənməsinə sərf edildiyindən, indiki demokratik Yunanıstan həmin borcu ödəməməlidir.

Yeri gəlmişkən qeyd edək ki, 1970-ci illərdə Dimitris İonnidisun başçılığı ilə “qara polkovniklər” bir neçə dəfə hərbi çevriliş ediblər. 1974-cü ildə onlar baş nazir Georgios Papadopulosun hökumətini devirərək Kipr adasını bütövlükdə Yunanıstana birləşdirmək istəyirdi. Ancaq Türkiyə ordusunun adaya girməsi həm türklərin soyqırımının, həm də “qara polkovniklərin” ideyasının gerçəkləşməsinin qarşısını aldı. Sonralar Dimitris İonnidis dövlətə xəyanət ittihamı ilə ömürlük həbsə məhkum edildi və cəzasını çəkdiyi həbsxanada da öldü.

Yunanıstanda baş verənlər və dünya iqtisadiyyatındakı tənəzzül Avropa İttifaqının, eləcə də avrozonan gələcəyini də təhdid edir.

Dünya iqtisadiyyatı bir-biri ilə elə sıx bağlıdır ki, istənilən ölkədə bu yöndə baş verən hər hansı dəyişiklik başqasına da təsirsiz ötüşmür. Odur ki, dünyada Yunanıstandakı referendumun nəticələrinə rəsmi münasibət bildirilməkdədir.

Çinin xarici işlər nazirinin müavini Çen Qopin deyib: “Çin Avropa İttifaqı və Yunanıstanla danışıqlar aparır. Tərəflərin səyi nəticəsində məsələnin lazımi qaydada tənzimlənəcəyinə inanırıq. Çünki bu qərar yalnız Yunanıstana və Aİ-yə deyil, bütünlükdə dünya iqtisadiyyatına təsir edəcək”.

O əlavə edib ki, Çin Avropa İttifaqının bütövlüyünü müdafiə edir və Yunanıstanı avrozona da görmək istəyir.

Yaponiyanın maliyyə naziri Tapo Aso isə bildirib ki, Yunanıstanda baş verənləri diqqətlə izləyirlər: “Yaponiya ilə Yunanıstan arasında iqtisadi əlaqə yetərincə məhduddur. Ancaq biz hadisələrin inkişafını və onun daxili, eləcə də dünya bazarına təsirini izləyirik”.

Yaponiyanın baş naziri Sindzo Abe Maliyyə Nazirliyindən Yunanıstanda baş verənlərə vaxtında reaksiya verməyi və heç nəyi diqqətdən qaçırmamağı tələb edib.

Cənubi Koreya xarici işlər nazirinin müavini Çoy Xi Nam isə Seulda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi Yunanıstanın avrozonadan çıxacağı halda ölkə iqtisadiyyatının sabitləşdirilməsi ilə bağlı fəaliyyət planı hazırlayır. Yerli mütəxəssislərin hesablamalarına əsasən, yunan banklarının cənubi koreyalıların maliyyə qurumlarına 1,8 milyard dollar borcu var.

Bununla belə, yerli mütəxəssislərinin fikrincə, Yunanıstanda baş verənlər Cənubi Koreyanın maliyyə bazarına elə də güclü olmasa belə, təsirsiz ötüşməyəcək.

Apenin yarımadasında yerləşən ölkədəki hadisələrə bundan sonrada münasibətlərin bildiriləcəyi istisna edilmir. Çünki bir dönərli valyutanın, avronun və böyük iqtisadi, siyasi, ictimai bir qurumun, yəni Avropa İttifaqının gələcəyindən söhbət gedir.

Qeyd edək ki, Avropa İttifaqı 66 ildir mövcuddur. Avro isə 16 ildir maliyyə bazarındadır.

Beləliklə, Yunanıstan əhalisi borclarının qaytarılması ilə bağlı öz mövqeyini ortaya qoyub.

Aİ ilə Afina arasında mövcud vəziyyəti qısaca xarakterizə etsək belədir: “Rəsmi Afina və indiki hökumətin kursunu bəyənənlər bildirir ki, Avropa İttifaqı Yunanıstanı şantaj edir. Oxşar fikri əks tərəf də bəyan edir. Başqa sözlə, tərəflər öz mövqelərində geri çəkilmək istəmir. Bu baxımdan, əgər Aİ yunanlara güzəştə getsə, o zaman quruma üzvlər həmin halın onlara da tətbiqini istəyəcək. Buna isə Aİ-nin liderləri, yəni Almaniya və Fransanın gücü çətin çatar. Yunanlar isə Avropa İttifaqından, avrozandan çıxmaq istmədiklərini bəyan etməklə, “nə əldən qoyur, nə də yarıdan doyurlar”.

Aİ yunanların istəklərinə “yox” desə, o zaman Aleksis Çipris hökuməti sosialistlər kimi bütün ölkə iqtisadiyyatını milliləşdirməlidir.

Tərəflər arasında qarşılıqlı güzəşt edilməsə, rəsmi Afinanın durumu ağırlaşacaq. Ölkədə ağır sosial durum hökumətin istefası ilə nəticələnəcək.

Qeyd edək ki, artıq ölkənin maliyyə naziri Yanis Varufakis istefa verib.

Bir məsələyə də diqqəti çəkmək istərdik. Hakimiyyətdə olan “SİRİZA” koalisiyası sol yönlüdür. Aİ ilə bu sayaq davranış onların siyasi-ideoloji əsaslarından irəli gəlir. Ehtimal etmək olar ki, indiki hökumət bütövlükdə Qərb dünyasını sosialistlik, yaxud solların inqilabını etməklə təhdid edir. Nəzərə almaq lazımdır ki, Aİ-nin bir sıra dövlətlərində keçirilən parlament seçkilərində də sol yönlülər irəli çıxıb. Bu baxımdan, “SİRİZA”çılar Avropanı sosialist inqilabı ilə də təhdid edə bilər. Bunun üçün zəmin də yox deyil.

Yunanıstanın Aİ-yə qarşı təkbaşına müqavimət göstərəcəyi də inandırıcı görünmür. Dünyada sosialist inqilablarını dəstəkləyən güc mərkəzi də çoxdandır ki, yoxdur. Çin isə Avropanı bütöv görmək istəyir. Belə olan halda yunanları bu ağırlıqda yükün altına girməyə məcbur edən nədir? Burada yalnız milli iradənin olması o qədər də inandırıcı deyil. Bu qarşıdurmanın yaranmasında maraqlı qüvvələrin olduğu da istisna edilmir.

Hər halda bu oyunun nəticəsinin də yaxın zamanda bilinəcəyi ehtimalı az deyil. Çünki Aİ-nin təzyiqlərinə yunanların uzun müddət davam gətirəcəyi inandırcı görünmür.

Sədrəddin İsmayılov

Previous Post

Yunanıstanda referendumun nəticəsi: oraqla çəkic güclənir – ŞƏRH

Next Post

Azərbaycan masonlarının Rusiyadan idarə olunduğu üzə çıxdı – Məxfi toplantıdan FOTOLAR

Bənzər yazılar

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm...

Next Post

Azərbaycan masonlarının Rusiyadan idarə olunduğu üzə çıxdı - Məxfi toplantıdan FOTOLAR

Azərbaycan masonlarının Rusiyadan idarə olunduğu üzə çıxdı - Məxfi toplantıdan FOTOLAR

Son xəbərlər

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12
Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10
Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01
“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58
Peru “Amerika Qalxanı” alyansına qoşulub

Peru “Amerika Qalxanı” alyansına qoşulub

08 Sentyabr 2026 - 22:56
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.