Yunanıstanda keçirilən parlament seçkilərində hakim mühafizəkar “Yeni Demokratiya” (ND) partiyası inamlı qələbə qazanıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin mayın 22-nə keçən gecə elan etdiyi kimi, Yunanıstanın hazırkı baş naziri Kiriakos Mitsotakisin partiyası seçicilərin 40,8 faizinin dəstəyini qazana bilib.
Ancaq təkbaşına hökumət qurmaq kifayət deyil. Bundan əvvəl Mitsotakis bildirmişdi ki, o, digər partiyalarla koalisiya yaratmaq niyyətində deyil. Qərarını dəyişməsə, iyunun sonu və ya iyulun əvvəlinə təkrar seçkilər təyin ediləcək.
Qeyd edək ki, Yunanıstanda keçirilən parlament seçkilərində səsvermənin ilkin nəticələrinə görə, hökumətin keçmiş rəhbəri Aleksis Tsiprasın əsas müxalifət qrupu olan Radikal Sol Qüvvələr Koalisiyası (Syriza) 20,1 faiz səslə ikinci yerdədir.
Pan-Yelinik Sosialist Hərəkatı (PASOK) 20,1 faiz səs toplayıb (seçkilərdə üçüncü yer).
Yunanıstanda ikiqat seçki keçiriləcəyi təqdirdə qalib gələn partiya parlamentdə əlavə 50 yer şəklində bonus alacaq. Bunu “Yeni Demokratiya” partiyasının qəbul etdiyi qanunvericilik dəyişiklikləri nəzərdə tutur, lakin onun fəaliyyəti mayın 21-də keçirilən seçkilərə şamil edilməyib.
Yeganə