Yunanıstan eynicinsli nikahları qanuniləşdirmək, həmçinin eynicinsli cütlüklərə uşaqları övladlığa götürməyə icazə vermək niyyətindədir.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis yerli telekanallardan birinin efirində bildirib.
Mitsotakisin sözlərinə görə, eynicinsli nikahların və eynicinsli cütlüklərin övladlığa götürülməsini qanuniləşdirmək üçün qanunvericilik təşəbbüsləri bir çox Avropa ölkələrində mövcud olanlardan əsaslı şəkildə fərqlənmir.
Bununla belə, o, tək kişinin surroqat anadan uşaq sahibi ola bilməyəcəyini vurğulayıb.
Mitsotakis əmin edib ki, Yunanıstan hökumətinin eynicinsli cütlüklərin evlənməsi və övladlığa götürülməsi ilə bağlı konkret qanunvericilik təklifi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq.
Yeganə





















Son şərhlər