Yunanıstanın 5 sentyabrdan bəri üzləşdiyi sel fəlakətində həyatını itirənlərin sayı 12-yə yüksəlib.
Elchi.az xəbər verir ki, Yunanıstan Yanğın Xidmətindən verilən açıqlamaya görə, Kardiçada çərşənbə günündən itkin düşdüyü bildirilən 58 yaşlı kişinin cəsədi tapılıb.
Pilioda itkin düşən şəxsin cəsədi Euboeada tapılıb.
Beləliklə, daşqın nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Pinio çayında suyun artması səbəbindən bir çox yaşayış məntəqəsi ehtiyat tədbiri olaraq boşaldılıb.
Tesaliyada Kardica, Trikala və Larisada çoxsaylı yaşayış məntəqələri hələ də su altındadır.
Nuranə Məmmədova