Yunanıstanda baş verən yanğınlar problemlər yaradır

98

Avqustun 19-dan bəri Yunanıstana təsir edən meşə yanğınları bir çox ekoloji və sağlamlıq problemlərini də gətirib.
Elchi.az xəbər verir ki, meşə yanğınlarının tüstüsü İtaliyanın cənubuna və Maltaya qədər çatsa da, havadakı asılı hissəciklərin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi limitdən 5 dəfə artıb.
Avropa İttifaqının (AB) Kopernik Fövqəladə İdarəetmə Ofisinin məlumatlarına görə, Aleksandrupoli və Meriçdə 760 min dekardan çox meşə sahəsini məhv edən yanğın, Avropanın son illərdə yaşadığı “ən böyük yanğın” oldu.
Αtina Milli və Kapodistrian Universiteti Tibb Fakültəsi Sinə Xəstəlikləri Mütəxəssisi Dosent Paraskevi Kaçaunu yanğınların tənəffüs sisteminə mümkün mənfi təsirlərini qiymətləndirdi.

Şayəstə Hüseynova