Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər edib.
Elchi.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.
Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Dendias Yunanıstanın Cenevrədəki Daimi Nümayəndəliyinin Türkiyə və Suriyaya təcili humanitar yardım göstərilməsi üçün tədbirlər görməsinə göstəriş verib.
Qeyd edək ki, yunan nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfərdir.
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının...





















Son şərhlər