Tanınmış rejissor Rusiya mətbuatına müsahibə verib
Ötən ilin sonlarına yaxın tanınmış rejissor Yuli Qusmanın “Qorxma, mən səsinləyəm! 1919” filmi təqdim edildi. Azərbaycanın və Rusiyanın tanınmış rejissoru Yuli Qusmanın “Novıye izvestiya”qəzetinə film barədə danışıb.
“Bu bəlkədə ilk filmdir ki, səfir at çapır”, bunu rejossor Lev Durov və Polad Bülbüloğlu kimi şəxslərin çəkildiyi filmlə bağlı zarafatında belə deyir. Onun sözlərinə görə, film yumorla boldur.
“Mən çox istəyirdim ki, çəkiliş apardığımız 4 ay ərzində Bakıya gələn bütübn qonaqları özlərini Poladın vətənində xoşbəxt hiss etsinlər. istəyirdim ki, həyatımızda çatışmayan bayram ab- havası olsun. Depresiya üçün səbəblərimiz çoxdur. Daima müharibələr və dolların oynaması var. Çox istərdim ki, bütün bunların fonunda unudulanlar barədə kino çəkim”.
Y.Qusman deyib ki, əgər Azərbayacanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu olmasaydı film də olmazdı. Ümumiyyətlə bu layihə Rusiya ilə birgə böyük ortaq layihə kimi başlamışdı. Amma Rusiya layihədən çıxdı. Məni bir fakt çox heyrətləndirir ki, keçmiş müttəfiq respublikaların yaxınlaşması, inkişafı və onların qarşılıqlı əlaqələrinin bərpası ilə məşğul olan təşkilatların çoxsaylı olmasına baxmayaraq, bu prosesdə səfehlik, demaqoqluq və israfçılıq var… Biz bu filmi spekulyativ niyyətlə çəkməmişik. Amma hər halda düşünürdüm ki, bizi medallar, ordenlər və “Lenin mükafatları” gözləyir. Nəinki bunlar, heç edilməli olan şeylər belə olmadı. Pul hər şeydən daha vacib idi. İndi isə yox. Sovet hakimiyyəti dövründə də oğurlayırdılar, lakin bundan başqa bir iş də görməyə çalışırdılar. İndi isə yox. Məncə, yaşadığımız evi biz özümüz dağıdırıq. Amma bunu etməməkdə olar”.
ANS PRESS