“YouTube” uşaqların məlumatlarını toplamaqda ittiham olunur

49

“YouTube” Böyük Britaniyada 13 yaşından kiçik uşaqlardan baxış məlumatlarını toplamaqda ittiham olunur.

Elchi.az xəbər verir ki, Duncan McCann hadisə ilə bağlı İnformasiya Komissarlığı Ofisinə (ICO) rəsmi şikayət edib.

McCann qeyd edib ki, “Youtube” uşaqların baxdıqları, harada və hansı cihazla izlədikləri videolar haqqında məlumatlar toplayıb.

Sözügedən şikayətin ölkədə “ICO uşaq kodu” kimi tanınan və 2020-ci ildə elan edilən tətbiqlə bağlı ilk şikayət ola biləcəyi açıqlanıb. Sözügedən tətbiq ilə uşaqların internetə çıxışını yüksək səviyyədə məxfilik ilə təmin etmək hədəflənir.

Xatırladaq ki, “Google”un ana şirkəti olan ABŞ-ın texnologiya nəhəngi “Alphabet”ə məxsus “YouTube” 2019-cu ildə uşaqların məxfiliyini pozduğuna görə 170 milyon dollar cərimələnmişdi.

Yeganə