"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yol polisi kimlərə cərimə yaza bilməz? – QANUNUN DEDİKLƏRİ

19 Noyabr 2015 - 10:15
in XƏBƏR LENTİ
FacebookVatsap
Deputatların yol hərəkəti qaydalarını pozması nəticəsində yaranmış mübahisəyə bu yazı ilə son qoymaq olar

Cəmiyyətdə, xüsusən də DYP əməkdaşları arasında belə bir fikir var ki, Milli Məclis deputatları, Baş nazir, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Məhkəmə-Hüquq Şurasının üzvləri və hakimlər toxunulmazlıq hüququna malikdirlər və onlar yol hərəkəti qaydalarını pozmaya görə məsuliyyətə cəlb edilə bilməzlər. Belə fikirlərin yayılmasının səbəbləri müvafiq qanunvericilik barədə məlumatsızlıq, habelə “Yol hərəkəti haqqında” Qanunda təsbit olunan bir yanlış müddəadır. Bu Qanunun 85-ci maddəsinin 3-cü bəndinin qeydində deyilir ki, yuxarıda sadaladığımız şəxslərin  şəxsiyyəti, onların xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.

Bunu da oxuyun

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Lakin bu məsələ “Yol hərəkəti haqqında” Qanunun tənzimləmə predmeti olmadığından  həmin Qanunda bu barədə nə deyilməyi önəmli deyildir. Sözü gedən məsələ Azərbaycan Respublikası Konstitusiyasının və həmin şəxslərin statusuna dair xüsusi qanunların tənzimləmə predmetidir. Ümumiyyətlə, müəyyən vəzifəli şəxslərin toxunulmazlıq hüququ ona görə mövcuddur ki, müxtəlif məhdudlaşdırıcı tədbirlər vasitəsilə həmin şəxslərin normal fəaliyyətinə əsassız maneə istisna edilsin. Lakin cərimə heç bir halda hər hansı bir vəzifəli şəxsin fəaliyyətinə mane ola bilmədiyindən cərimə tənbehindən toxunulmazlıq hüququ məntiqsizdir. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə vəzifəli şəxslərin toxunulmazlıq hüququ artıq yox dərəcəsindədir. Məsələn, Qərbi Avropa ölkələrinin çoxunda parlament deputatı yalnız parlamentin iclas vaxtı toxunulmazlığa malikdir. Yəni onu iclasın gedişində həbs etmək olmaz. İclasdan sonra isə o, törətdiyi hüquq pozuntularına görə qanunla müəyyən olunan qaydada adi vətəndaş kimi məsuliyyətə cəlb oluna bilər. Həm də nəzərə almaq lazımdır ki, toxunulmazlıq hüququ mütləq mənada məsuliyyətdən azad olmaq demək deyil: belə hüququ olan şəxs xüsusi qaydada – müvafiq orqanın icazəsindən (toxunulmazlıqdan məhrum edildikdən) sonra məsuliyyətə cəlb edilə bilir.

Qayıdaq özümüzə. Konstitusiyanın 90-cı maddəsinin I hissəsi və 123-cü maddəsinin II his-səsi müvafiq olaraq Milli Məclis deputatlarına və Baş Nazirə məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini istisna edir. Eyni məzmunlu müddəa «Azərbaycan Respublikasının İn-san Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» 28 dekabr 2001-ci il tarixli, 246-IIKQ saylı Konstitusiya Qanununun 6.2-ci maddəsində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) barəsində nəzərdə tutulmuşdur. Həmin normaların təhlilindən belə çıxır ki, göstərilən şəxslər (Milli Məclis deputatları, Baş Nazir və İnsan Hüquqları üzrə Müvəkkil) yalnız məhkəmə qaydasında tətbiq edilən inzibati tənbehlərdən toxunulmazlıq hüququna malikdirlər. Deməli, onların barəsində vəzifəli şəxslər tərəfindən inzibati tənbeh tədbirlərinin tətbiqinə hər hansı məhdudiyyət qoyulmur (bunun təfərruatları barədə baxa bilərsiniz: Aliev Ş. M. Nauçno-praktiçeskiy kommentariy k Konstituüii Azerbaydjanskoy Respubliki. Bakı, 2000. s. 549.). Lakin qanunvericilikdə birbaşa olaraq vurğulandığı kimi, bu şəxslər inzibati tutmaya və ya həbsə, şəxsi axtarışa, məcburi gətirilməyə məruz qala bilməzlər, onların nəqliyyat vasitələrinə baxış keçirilməsinə və ya həmin nəqliyyat vasitələrinin saxlanılmasına (mühafizə olunan duracağa qoyulmasına) yol verilə bilməz.

Konstitusiyanın 128-ci maddəsinin I hissəsinə və «Məhkəmələr və hakimlər haqqında» 10 iyun 1997-ci il tarixli, 310-IQ saylı Qanunun 101-ci maddəsinə müvafiq olaraq, hakimlər toxunulmazdırlar. «Məhkəmə-Hüquq Şurası haqqında» 28 dekabr 2004-cü il tarixli, 818-IIQ saylı Qanunun 9.2-ci maddəsinə müvafiq olaraq, Məhkəmə-Hüquq Şurasının hakim olmayan üzvləri hakim statusundan irəli gələn toxunulmazlığa malikdirlər. Deməli, hakimlər və Məhkəmə-Hüquq Şurasının üzvləri eyni məzmunlu toxunulmazlığa malikdirlər. Lakin istinad olunan qanunların heç birində bu şəxslərin hər hansı növ inzibati məsuliyyətdən və ya hər hansı qaydada tətbiq olunan inzibati tənbehdən azad olmaları barədə heç nə deyilmir. Bu isə o deməkdir ki, həmin şəxslər adi qaydada inzibati məsuliyyət daşıyırlar, bir şərtlə ki, onların da barəsində inzibati qaydada tutma və ya həbs, şəxsi axtarış, məcburi gətirilmə tətbiq oluna bilməz, onların nəqliyyat vasitələrinə baxış keçirilməsinə və ya həmin nəqliyyat vasitələrinin saxlanılmasına (mühafizə olunan duracağa qoyulmasına) yol verilə bilməz.

Beləliklə, yuxarıda göstərilən toxunulmazlıq hüququna malik şəxslərdən hər hansı birinin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğu DYP inspektoru tərəfindən aşkar edilərsə, həmin nəqliyyat vasitəsi adi qaydada dayandırılmalı, yuxarıda göstərdiyimiz xüsusi tədbirlərin tətbiqinə yol vermədən inzibati xəta adi qaydada sənədləşdirilməlidir. Onların nəqliyyat vasitəsini idarə edərkən qayda pozuntuları törətmələri foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə isə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 429-3-cü maddəsində nəzərdə tutulan qaydada elektron protokol tərtib olunmalı və həmin xəta üzrə icraat həyata keçirilməlidir. Belə şəxslərin törətdiyi inzibati xətaya görə sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulduqda, inzibati xəta haqqında protokol tərtib edilərkən istisnasız olaraq onların sürücülük vəsiqəsi alınaraq (əvəzində müvəqqəti icazə vərəqəsi verilməklə) protokola əlavə edilməlidir.

Bir sıra hallarda toxunulmazlıq hüququ olan şəxsə xidmət edən nəqliyyat vasitəsi bu şəxsin özü deyil, sürücüsü tərəfindən idarə olunmaqla yol hərəkəti qaydalarının pozulmasına yol verilir. Belə hallarda nəqliyyat vasitəsinin saxlanılması, ona baxış keçirilməsi istisna olmaqla, sürücü barəsində törətdiyi əmələ uyğun istənilən tədbirlər görülməsi (onun tutulması, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması, şəxsi axtarışı) və inzibati xətanın sənədləşdirilməsi adi qaydada, qanuna uyğun həyata keçirilməlidir.

Maraqlı məsələlərdən biri toxunulmazlıq hüququ olan şəxslərin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi halda hansı tədbirin görülməsidir. Bununla bağlı qanunvericiliyimizdə boşluq vardır. Lakin kimliyindən asılı olmayaraq hər hansı şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi son dərəcə təhlükəlidir və bunun qarşısı alınmalıdır. Ona görə də toxunulmazlıq hüququ olan şəxslər sərxoş vəziyyətdə olmasını güman etməyə aşkar əlamətlər olduqda nəqliyyat vasitəsinin idarə edilməsindən kənarlaşdırılmalı, daha sonra onlara sərxoşluq vəziyyətinin müəyyən olunması üçün müayinədən keçmə təklif olunmalıdır. Bu şəxslər DYP inspektorun həmin təklifindən boyun qaçırdıqda onların barəsində İnzibati Xətalar Məcəlləsinin 156-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta (sərxoşluğun müayinəsindən boyun qaçırmağa görə) haqqında protokol tərtib edilməlidir. Belə şəxsləri məcburi tibbi müayinəyə göndərmək, habelə onların idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq (mühafizə olunan duracağa göndərmək) olmaz, lakin onların sərxoşluq əlamətləri aşkar mövcud olduqda nəqliyyat vasitəsini idarə etmələrinə də yol vermək olmaz. Ona görə də inzibati xəta haqqında protokol tərtib edildikdən sonra həmin şəxsin nəqliyyat vasitəsi onun dəvət etdiyi müvafiq nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsə verilməlidir. Qeyd etdiyimiz hərəkətlər heç kəsin toxunulmazlıq hüququnu pozmur. Bununla belə, bu kimi halların qanunvericilikdə müfəssəl tənzimlənməsi zəruridir.

Previous Post

Yol polisi kimlərə cərimə yaza bilməz? – QANUNUN DEDİKLƏRİ

Next Post

Jurnalist yazdığı statusa görə işdən qovuldu

Bənzər yazılar

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir Şəhid atasından Prezident İlham Əliyev və Birinci...

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə...

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən...

Next Post

Jurnalist yazdığı statusa görə işdən qovuldu

Jurnalist yazdığı statusa görə işdən qovuldu

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.