Azərbaycan millisinin və Almaniya “Şalke”sinin U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.
Elchi.az Report-a istinadla xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.
Qərb Regional Liqasında “Köln”ün müvafiq yaş qrupundan ibarət komandası ilə XIX matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib:
“Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm”.
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm “Şalke”nin heyətində 7 qol vurub.
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. Elchi.az...





















Son şərhlər