Yezidilər İrəvanda etiraz etdi (FOTO)
Ermənistanda yaşayan yezidilər Şimali İraqın Şanqal regionunda həmyerlilərinə hərbi kömək göstərmək xahişi ilə Fransa rəhbərliyinə müraciət ediblər.
"Bu gün yezidi xalqına qarşı soyqırımı həyata keçirilir və biz Fransa hökumətindən hadisələrə qarışmağı və bizim həmyerlilərimizə hərbi kömək göstərməyi xahiş edirik," - deyə Şaroyan bildirib.
Qeyd edək ki, İrəvan təntənəli yürüşün gedişatında yüzlərlə yezidi məktubları Rusiya və fransız səfirinə göndəriblər.
Müxtəlif mənbələrin məlumatına görə, Şimali İraqın Şanqal regionunda artıq 5000-dən çox insan həlak olub. Çoxları öz evlərini məcburi tərk ediblər.