Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Xidmət rəsmisi Arzu Babayeva Elchi.az-a ildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Yevlax rayon sakini Yusif Yusifov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.
A.Babayeva balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.
“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” – Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi
Azərbaycanda erkən nikah problemi yalnız hüquqi məsələ deyil, eyni zamanda uşaqların təhsili, sağlamlığı, təhlükəsizliyi və gələcək seçimləri ilə birbaşa bağlı...





















Son şərhlər