Yerdəki oksigen gələcəkdə böyük ölçüdə yox olacaq

Bu gün həyat oksigen sayəsində davam etdirilə bilər. Bununla belə, alimlər proqnozlaşdırırlar ki, bir gün planetimizin atmosferi yenidən metanla zənginləşəcək və oksigenlə yoxsullaşacaq.
Elchi.az xəbər verir ki, Yaponiyanın Toho Universiteti və ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimlərinin birgə araşdırması Yer atmosferində baş verəcək böyük dəyişikliyi üzə çıxarıb. Tədqiqatlara görə, təxminən 1 milyard ildən sonra atmosferdəki oksigen səviyyəsi kəskin şəkildə aşağı düşəcək.
Bu proses planetin təxminən 2,4 milyard il əvvəl yaşadığı "Böyük Oksidləşmə Hadisəsi" (GOE) kimi tanınan dövrdən əvvəl atmosfer quruluşuna bənzər bir vəziyyətə qayıtmaq deməkdir.
Oksigenin qalıcılığı düşünüldüyü qədər güclü deyil
Araşdırmanı aparan elm adamlarından Kazumi Ozaki, "Uzun illərdir ki, Yer kürəsində həyatın müddəti Günəşin parlaqlığının artması və qlobal geokimyəvi dövrlər əsasında hesablanırdı. Ancaq bu model atmosferdəki oksigenin sabit qalmaya biləcəyini göstərir" dedi. Komanda atmosferdəki oksigenin uzunmüddətli perspektivdə sabit bir xüsusiyyət olmadığını və digər planetlərdə həyat əlamətləri axtararkən yalnız oksigenə diqqət yetirməyin yanıltıcı ola biləcəyini vurğulayır.
Nəsli kəsilmə düşünüləndən daha tez baş verə bilər
Araşdırmaya görə, oksigen itkisi günəş şüalarının yaratdığı suyun buxarlanmasından və okeanların yoxa çıxmasından əvvəl baş verəcək. Bu, bəşəriyyətin və oksigenlə yaşayan bir çox növlərin sonu deməkdir.
Bu dəyişikliyi Corciya Texnologiya İnstitutundan Chris Reinhard olaraq təsvir edir: "Biz indikindən təxminən bir milyon dəfə az oksigen olan bir atmosferdən danışırıq".
Şayəstə Hüseynova