"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Yenə gecikdim…

07 Aprel 2015 - 18:43
in KÖŞƏ YAZILARI
FacebookVatsap

dsdsBu yazını Yardımlı yolunda avtomobil qəzasında həyatını itirən bütün insanlara həsr edirəm.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Şahbaz XUDUOĞLU

1-ci hissə

Qohum-əqrəba məni sevməz, xeyir-şər adamı deyiləm. Əvvəllər toylara dəvət edirdilər, görəndə ki, dəvət cavabsız qalır, daha onu da etmirlər. Yaslar barədə də xəbər tutmuram, çünki xəbər verə biləcək insanlarla əlaqəm kəsilib.

Son dəfə kəndə Alış əmimin hüzrünə getmişdim. Ondan öncə Tərxan dayı rəhmətə getdi, yasına gedə bilmədim. Üstündən bir neçə il keçməsinə baxmayaraq, hələ indi də oğlanları ilə üz-üzə gəlməkdən, göz-gözə baxmaqdan ehtiyat edirəm. Elə bilirəm, məni hələ də qınayırlar və o qınaq onların baxışlarında, sifətlərində güzgü kimi mənə baxır.

Yadımda qalan bir səfərim də olmuşdu, onda Balaş əmi 105 yaşındaydı. Pəncərədən süzülən günəş işığında ona diqqətlə baxdıqca anlamaq istəyirdim: görən, bu qədər uzun yaşamağın bizdən – uşaqlarından başqa kiminçünsə əhəmiyyəti varmı? Dostları, həmfikirləri, tay-tuşları yoxdur, hamı atıb gedib, təkcə üstündə günü-gündən yüngülləşdiyi və kiçildiyi dəmir çarpayıdan başqa. Çox keçməz, “dəmir dostu” da ondan imtina edəcəkdi.

Uzunömürlü insanlar yalnız təsəlli üçün var olmalı deyil, onlar həm də ötürücüdür, yaddaş ötürücüsü. Qısa ömürlü insanlar, həyatını tez itirən insanlar isə sevgi ötürücüsüdürlər – onlar sevginin nə olduğunu anladırlar. Onlardan bizə əbədi sevgi qalır. Hər bir vaxtsız itki ifadə edə bilmədiyin sevginin dərin təəssüf hissini yaşadır. Yaşadığın çevrəyə, insanlara qayğın, mərhəmətin, diqqətin daha da artır.

Balaş əmimin yaşaması onun ürəyindən deyildi, narahat idi, ətrafına verdiyi əziyyətdən daha çox özü əzab çəkirdi. Mən onun əzabını yüngülləşdirmək gücündə deyildim, bu dağ kəndində yüngülləşdirmə işlərinə yalnız əcəl baxır. Əlbəttə, dövlətdən də söhbət gedə bilməz. Burada dövlət vətəndaşın cibində toz basmış pasportundan başqa bir şey deyil. Bir dəfə soruşmuşdum: “Əmi, nəyin çatışmır? ” “Ünsiyyətim, bala, danışacağım adamlar”, – demişdi.

Məhz kənd yerində ahılların yaşamaq əzabını görməmək üçün nədənsə insanlardan, özümdən yox, kənddən küsdüm və daha ən xırda səbəblər belə ora getməyimə mane olmağa başladı.

Bir gün gözlədiyim xəbər məni işimdə yaxaladı, əmimin dəfninə yollandım. Yenə hamıdan gec çatmışdım, yenə qohumların tənəli baxışları məni təqib edirdi. Yas yerində, demək olar ki, heç kimlə söz kəsmədim, bu yerlərin yaddaşını kökləyən bir adam var idi, o da rəhmətə getmişdi.
Kiçik qardaşım yaşayan evə gəldim, çay içdim və vaxt itirmədən geri döndüm.
Növbəti dəfə kəndə səfərim Alış əminin dünyadan köçməsi ilə bağlı idi, yenə hamıdan gec getmişdim. Yağış yağırdı, üstəlik, soyuq külək bədənimi süzgəcə çevirmişdi, adamlar həyətə toplaşıb cənazənin dəfnə hazırlığını gözləyirdi, mən isə soyuğa məğlub oldum, maşında oturub isinməyə başladım, az sonra gəlib irad tutdular ki, gec gəlməyin bir yana, heç olmasa camaatın içində dur.

…Dəfndə iştirak edəndən sonra heç kimə demədən dərhal geriyə, Bakıya yol aldım.
Dörd qardaşın sonuncusu Ayxan əmimin ölümünü gecə 4-də mənə Faiq dedi:“Qobustanı keçmişik, xəbərin olsun”. Düşünmədən “gəlirəm” deyə cavab verdim.
Könülə məsləhət etdim:

– Əmim rəhmətə gedib, getməliyəm.
– Gəlinlər gedirsə, məndə gedim?
– İstəyirsən, gedək.
– Gözlə, gedirəm.

Sürücünü çağırdım, gəldi. Həyətdən çıxanda Könülə baxdım.
– Ayaqqabımın dabanları hündür deyil? – soruşub, mənə zəndlə baxdı.
– Yox, belə gözəldi, – gülümsədim.
Çöl qapıdan çıxanda tələsik geri döndü, bildim ki, unutduğu əhəmiyyətli bir əşya üçün qayıtdı (baxmayaraq ki, çantasızdı və məntiqlə “onun dalınca getdi” deyə düşünə bilərdim), amma dərhal ağlıma gəldi ki, yəqin, Tengizi öpməyə döndü.
Kəndə bazarlıq üçün Masallı bazarına döndük, əlimizə keçəndən aldıq. Yolumuza davam etdik.

Masallıda bazarlıq etmək yaxşıdır, amma bazarın o halını görmək qədər utancverici bir şey yoxdur, hər tərəf palçıq, dağınıqlıq, səliqəsizlik, çürük meyvə zibillikləri. Bazarın içindən keçən avtomobil yolu elə bil bombardmandan təzə çıxıb, bir salamat yeri yox…

Əmimin dəfninə çatırıq, yenə hamıdan gec. Amma önəmli odur ki, gəldim. Əmimin hələ də tamamlanmamış evinin qabağındayam. Eyvana çıxıb qarşıdakı evlərə baxıram, Fətişin evi, arxasında Səfərxanın, üstündə rəhmətlik Qoçəlinin, qarşı tərəfdə rəhmətlik Çaparın, bir azaralıda Tavarxanın və digərlərinin damları dəmir və azbes şifer parçalarından yamanmış miskin kənd evləri… tüstüləri ilə qürurlu görünürlər.

Yanımda dayanan Araza deyirəm, əmim 80 illik həyatını bax, bu balaca bir evi tikməyə həsr etdi, tamamlanmaq üzrəydi, özü getdi. İçində rahatlığını qura bilmədi, nə istiyə çarə tapdı, nə soyuğa, nə işıqsızlığa, nə susuzluğa. Səksən il bəs etmədi… bu balaca evə. Üzbəüzdə evi olan Fətiş əminin – babalarımız əmiuşağı olub – halını soruşuram, deyir, o da qocalıb, evdən bayıra çıxmır. Evinə baxıram, hələ də aynabəndi bağlanmayıb, hələ də tualeti həyətin o biri başındadır – ömrünün bu ahıl çağında heç olmaya tualeti evin içində olardı. Yəqin, yerində uzanıb düşünür ki, Allah bir az da ömür versəydi, bu evin yarımçıq işlərini tamamlayardım.

Demək olar ki, bu kəndin camaatı hamısı belədir – su qıt, işıq fasilələrlə verilir, münbit torpaq yox, geniş otlaq əraziləri yox, yaşlı-yaşlı kişilərin həyatı bir uzun gün kimi gedib batır, bir-bir tikintisi bitmədən köhnələn evləri tərk edib gedirlər.

Atam da belə oldu, üçotaqlı ev tikdi, ikinci otağın yerini döşəyənə kimi gözləri tutuldu, elə tutuldu ki, heç eynək də taxa bilmədi. Həmişə düşünürdü ki, görəsən, eynəkli olanda camaat nə deyəcək, el arasına necə çıxacaq, amma kəmfürsət, namərd gözlər elə sürətlə tutuldu ki, heç eynəyə gərək olmadı. Beləcə, 73 illik həyatı keçdi və başladığı evi tamamlaya bilmədi. Rəhmətə getməzdən bir gün öncə dedim: “Sən gedirsən artıq, biz səni bir daha görməyəcəyik?! Bu qədər qəddar olmaq olar?!”
“Bala, eyvana çıxıb məni səsləsəniz, gələcəm, bu dağlardan uzaq gedən deyiləm”, – dedi.

Bəlkə, ona görə belə təsəlli verdi ki, sadəcə biz o eyvana tez-tez çıxaq, oradan üzümüzü dağlara tutub onu yad edək, adını çəkək, haqqında danışaq, o evi tərk etməyək. Amma dediyi kimi olmadı, ölümündən bir neçə il sonra o eyvan da, o ev də dağıdıldı.

Əmimə yaxşı oxşama deyirdilər. Qadınlarla kişilər baş-başa verib birgə ağlayanda sanki yer üzündə olan bütün səslər batır və əvəzində bu möhtəşəm xor səslənir – nizamsız, ritmsiz, amma həm də böyük bir nizam içində hər kəsi ovsunlayan ağı… Hamı bir ağızdan “lay-lay, əmim, lay-lay hey!” deyir. Səsin cazibəsinə düşürəm, bir azdan onların yanında olduğumu fərq etdim.
Bizim adamlar bir hündürdən danışmağı, bir də pəsdən, həzinlə oxşama deməyi çox yaxşı bacarırlar. Bir də görürsən sən də dizini yerə atıb səs çəkirsən.

…Gözlərim Könülü axtardı , gəlinlərin arasındaydı. O da ağlayırdı. “Əmiməmi, ya bütün ölənlərə? Görəsən, kimə ağlayırdı bu an? Bəlkə anasına, bəlkə atasına, ya bəlkə cavan ölən qardaşına?.. Mənim anama görə, yaxud atama görə də ağlaya bilərdi”. Bilmədim hardan bu fikir ağlıma gəldi. “Mən niyə kiminsə hətta ağlama səbəblərini bilməliyəm? Düşüncələri oxumaq kimi biədəb fikirlərə düşmək rəzillikdir”, – qınayıram özümü.

Əmini dəfn etdik, yenə adəti pozdum, evlərinin qabağına getmədim, birbaş qardaşım yaşayan evə gəldim. Odun sobasının yanında stol qoyub oturdum. Gəlin çay verdi. Könülü soruşdum, dedi hələ oradadı, indilərdə gələcək. “Tez gəlsəydi, gedərdik”, – öz-özümə dedim.

Bir müddətdən sonra hüzrdə olan digər qardaşlar da gəldi, bu dəfə də qınaqla, “hamı orda, sən isə burda. Kəndə gələndə buranın adətinə uyğun özünü aparmalısan”, – kimsə dedi. Cavab vermədim. Birlikdə yemək yedik.
Burada yemək meditasiyadır. Hinduşka şorbası ləzzətli, yanında isti çörək və pendir, sonra qatıq, hərəsindən bir az.
Qapıdan çıxanda böyük qardaşım acıqla: “Sən toya gəlməmisən ki, qırmızı kurtka geyəsən”, – məni görəndən yığıb hazırladığı “zəhəri” üstümə atdı. “Fikir verməmişəm”, – günahkar kimi dilləndim.

Yalnız indi anladım ki, əynimdə olan gödəkcə qara deyil, onun dediyi kimi tam qırmızı da olmasa, amma rəngliydi.
“Bu rəng məsələsini, görəsən, kim çıxarıb, kim deyib ki, hüzr yerlərinə getməkdən daha önəmli bir şey var, o da paltarın rəngi”.

Bu fikirlə kənddən ayrıldıq. Mən tez gəldim, yenə narazı qaldılar.

Hafizin evindən Seyidlərə qədər dirsəklərlə yoxuş, oradan Yardımlı çayına qədər eniş. Hər iki tərəfdə lopa-lopa buludlar kimi kəndlər, təpəliklər, dağlar, çılpaq meşələr.
Arxa oturacaqda ortada bacım, solunda Könül, sağında isə yeznəmiz Ziyarət oturmuşdu.
Arxadakılar söhbət edirdilər.
Yardımlı–Masallı avtomobil yoluna düşəndən sonra mürgülədim…

Məğlubedilməzləri yuxu məğlub edər

Yeriyən, hərəkət edən əksərən qalib olur, uğurlu olur.

Bir müddət gedəndən sonra hiss etdim ki, maşının sürəti artdı. Başımı dikəldəndə maşın yoldan çıxmışdı…

1 – ci hissənin sonu

Previous Post

Yenə gecikdim…

Next Post

Bakıda növbəti dollar panikası

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Bakıda növbəti dollar panikası

Bakıda növbəti dollar panikası

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.