İndoneziya Səhiyyə Nazirliyi təhlükəli yeni “Nipah” virusuna görə Bali adasında ciddi giriş yoxlamaları tətbiq edib. Elchi.az xəbər verir ki, bu barədə “The Bali Sun” məlumat yayıb.
Nəşrin məlumatına görə, yarasa virusu Hindistanda aktiv şəkildə yayılıb və bu səbəbdən İndoneziya adasının səlahiyyətliləri xəstələrin müəyyən edilməsi üçün tədbirlər görüblər. Nipah virusunun yayıldığı bölgələrdən gələn turistlər birbaşa hava limanından xəstəxanalara aparılacaq. Məşhur kurorta gələnlərin hamısı qızdırma və tənəffüs yollarının infeksiyaları üçün yoxlanılacaq.
Qeyd edək ki, İndiyədək İndoneziyada bu virusa yoluxma halı aşkarlanmayıb.
Havar Şəfiyeva