“Yeni paytaxt şəhərin salınmasını təklif etdim”- DEPUTATDAN AÇIQLAMA

72

“Bu gün Bakının mərkəzində hündür göydələnlərin ucalması və avtombillərin çoxalması şəhəri kifayət qədər yüklənməsinə gətirib çıxartmışdır. Həm də hamını ən çox narahat edən məsələlərdən biri yollardakı tıxaclarla bağlı problemdir”- bu sözləri Elchi.az saytına açıqlamasında Millət Vəkili Azər Badamov deyib.

Deputat həmçinin bildirib: “Şəhərin mərkəzinin yeni binalarla yüklənməsinə davam etməsi gələcəkdə yollarımızda avtomobillə hərəkəti mümkünsüz edəcəkdir. O cümlədən metroda və ictimai nəqliyyatdakı sıxlıq da insanları çox narahat edir. Həm də təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Allah göstərməsin, əgər hər hansı bir fövqəladə hal baş verərsə onun aradan qaldırılması da nə qədər çətin olacağı təsəsvvür etmək çətin deyil. Bütün bunları nəzərə alaraq yeni bir paytaxt şəhərinin tikilməsini və Bakıdakı müəyyən dövlət idarələrin və universitetlərin ora köçürülməsini təklif etdim. Həm də yeni paytaxı Bakının yaxınlığında Yaşmada dənizkənarında salınmasını təklif etdim ki, bu da Bakı ilə yeni paytaxt arasında gediş gəlişini rahat təmin olunmasına imkan verəcəkdir. Düzdür, yeni şəhərin salınması böyük maliyyə tələb edir. Amma bununla yanaşı Bakıda rahat yaşayışı istəyiriksə yeni paytaxt şəhərin salınmasını zəruri olduğunu hesab edirəm”.

Havar Şəfiyeva