"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yeni ordu Azərbaycana təhdiddirmi? – ŞƏRH

15 Noyabr 2016 - 12:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Rusiya prezidenti Vladimir Putin hökumətin Rusiya Federasiyası və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmş qrupunun yaradılması haqda təklifini dəstəkləyib və bununla bağlı sərəncam imzalayıb. Putinin sərəncamına əsasən prezident Rusiya Müdafiə Nazirliyinə XİN-in iştirakı ilə Ermənistanla danışıqlar aparmağı və Rusiya Federasiyası adından sazişi imzalamağı tapşırıb.

Bunu da oxuyun

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

 

Silahlı Qüvvələrin birləşdirilmş qrupunun yaradılmasında məqsəd nədir və bu Dağlıq Qarabağ münaqişəsinə necə təsir göstərə bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, atılan bu addım Rusiyanın Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsini istəməməsindən irəli gəlir: “Rusiya Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin olmamasına çalışır. Yəni, hərbi balansın Azərbaycanın xeyrinə dəyişməməsini istəyir. Ona görə də Ermənistana “İsgəndər” raketlərini peşkəş ediblər. İndi isə birgə qoşun qrupları yaradırlar. Bununla belə Rusiya müharibə istəmirsə, Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Rusiyanın işğalçıya bu şəkildə dəstək verməsi ciddi təlatümlərə səbəb ola bilər. Əgər Rusiya Qarabağ münaqişəsinə hər hansı bir formada müdaxilə etsə, müharibə total xarakter daşıyacaq və savaşın Şimali Qafqaza keçmə ehtimalı var. Rusiya bunu nəzərə almalıdır”.

Rusiya və Ermənistanın birgə qoşun yaratma barədə qərarının təsdiqlənməsinin Azərbaycan prezidenti İlham Əliyevin Lələtəpədən verdiyi bəyanatlardan bir gün sonraya təsadüf etməsinə diqqət çəkən politoloq deyib ki, işğalçı ölkə heç kimə güvənməməlidir: “Dövlət başçısının azad edilmiş Lələtəpədən verdiyi bəyanatın əsas tezisi Ermənistanın heç kimə güvənməməsi ilə bağlı idi. Hesab edirəm ki, burada ölkə başçısı Rusiyanı nəzərdə tuturdu. Çünki, Ermənistanda belə bir yalnış fikir var ki, Rusiya onları qoruyacaq, Dağlıq Qarabağın azad olunmasına imkan verməyəcək. Doğrudur, Rusiya Ermənistanı qoruya bilər. Amma, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək, onunla savaşmaq fikri yoxdur. Azərbaycanın əsas diqqəti Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunmasına yönəlib. burada erməni işğalçı qüvvələri olarsa, onlarla savaş olacaq. Aprel döyüşləri zamanı Rusiya hərbi əməliyyatlara müdaxilə etmədi”.

E.Şahinoğlu vurğulayıb ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olsa da Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır: “Ona görə də Rusiya aprel döyüşlərinə müdaxilə etmədi. Düşünmürəm ki, gələcəkdə də belə bir müdaxilə baş versin. Ermənilər bizi təxribata çəkə bilərlər. Tovuz və Qazax istiqmətində atəşkəsi intensiv pozsalar, hər hansı bir formada hərbi müdaxilə cəhdi olasa, biz cavab verməli olacağıq. Bu halda Ermənistan-Rusiya hərbi birliyinin bu prosesə qoşulub-qoşulmayacağı bəlli deyil. Dünya birliyi biləcək ki, bu, Ermənistanın təxribatıdır. Eyni zamanda Rusiya anlamalıdır ki, işğalçı ilə belə qoşun növləri yaradırsa, Azərbaycan da strateji müttəfiqləri ilə adekvat addım ata bilər. O zaman Rusiya buna etiraz edə bilməz. Rsuiyanın Cənubi Qafqazın hansısa ölkəsində hərbi bazalar yaratmağa ixtiyarı çatırsa, Azərbaycanın da eyni ixtiyarı var”.

Siyasi şərhçi Arzu Nağıyevin fikrincə, Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılması Azərbaycan üçün birbaşa təhdid yaratmır, sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər: “İndiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiya ilə Ermənistan ərazisində ikitərəfli müqavilə mövcuddur. Bu müqavilə çərçivəsində Ermənistanın ərazisinə hər hansı təcavüz olarsa, Rusiya onu qorumalıdır. KTMT-nin əsas məqsədi bundan ibarətdir. Lakin bu gün birgə qoşun qruplaşmalarının yaradılmasının bir neçə səbəbi ola bilər. Birinci səbəb Rusiya-NATO sərhəddinin məhz Türkiyə-Ermənistan sərhəddindən keçməsidir. NATO-ya qarşı həm 102 saylı briqadanı, eyni zamanda İrəbuni aerodromu yaxınlığındakı qırıcı təyyarələrdən ibarət bazanı möhkəmləndirmək üçün silahların Ermənistana daşınması vacibdir və bu, Ermənistanla birgə qoşun qruplaşmaları yaratmaq vasitəsilə həyata keçirilir”.

A.Nağıyevin sözlərinə görə, birgə qoşun qruplaşmalarının yaradılmasının digər bir səbəbi bu ola bilər ki, Rusiya Ermənistana verdiyi silahları leqallaşdırmaq üçün özünü sığortalayır: “Ən maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan irimiqyaslı təlimlərə başladığı anda Rusiya rəhbərliyi belə bir addım atır. Düşünürəm ki, bu, Ermənistanın Rusiyanın forpostu olduğuna və guya onların birgə olduğuna dəlalət edən faktdır. Amma bütün hallarda bunun Azərbaycan üçün birbaşa təhlükəsi yoxdur. Azərbaycan olaraq biz bu cür təhdidlərə çoxdan hazırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəlincə isə, son aprel hadisələri də göstərdi ki, Rusiya bəzi məsələlərə qarışmır, çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu, BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb”.

A.Nağıyev hesab edir ki, Dağlıq Qarabağda yenidən müharibə baş verəcəyi halda da birgə qoşun qruplaşmalarının bura cəlb edilməsi inandırıcı görünmür: “Birgə qoşun qruplaşmalarının yaradılmasında söhbət Ermənistan ərazisindən gedir, bizim isə Ermənistan ərazisinə hər hansı bir iddiamız yoxdur. Biz işğal olunmuş ərazilərimizdən danışırıq, beynəlxalq hüquq norması çərçivəsində təsdiq olunmuş suveren ərazilərimizdən. Torpaqlarımızı işğaldan azad etmək üçün həm hərbi, həm də diplomatik yola əl ata bilərik. KTMT-nin və Rusiyanın bizə təcavüz etməyə ixtiyarı yoxdur. Ölkə başçısının dediyi kimi Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək”.

Previous Post

Yeni ordu Azərbaycana təhdiddirmi? – ŞƏRH

Next Post

`AP ilə əlaqələrin bərpası bəzi qüvvələri narahat edir` – MM

Bənzər yazılar

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az xəbər verir ki, qəza rayonun...

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47

Sabah Abşeron rayonunda - Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Elchi.az - a Azərbaycan...

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39

Kanada ilə Türkiyə müdafiə və energetika da daxil olmaqla, dörd sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyannamə imzalamaq niyyətindədir. Elchi.az...

Next Post

`AP ilə əlaqələrin bərpası bəzi qüvvələri narahat edir` - MM

`AP ilə əlaqələrin bərpası bəzi qüvvələri narahat edir` - MM

Son xəbərlər

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.