"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yeni nazir köhnə qaydanı ləğv etdi

24 Fevral 2016 - 19:12
in XƏBƏR LENTİ
FacebookVatsap

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nı təsdiq edib.

Bunu da oxuyun

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

 

Bununla bağlı qərarı rabitə və yüksək texnologiyalart naziri Ramin Quluzadə imzalayıb. Müvafiq olaraq Rabitə və Yüksək Texnologyalar Nazirliyinin 14.06.2006-cı il tarixli 131 nömrəli əmri ilə təsdiqlənən “Poçt rabitəsi Qaydaları” ləğv edilib.

Yeni Qaydalara əsasən ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal poçt rabitəsi xidmətləri, digər poçt rabitəsi xidmətləri, o cümlədən sürətli poçt rabitəsi xidmətləri, pul köçürmələri üzrə rabitə xidmətləri, kuryer xidmətləri və əlavə xidmətlər aid edilir. Milli operator Azərbaycan Respublikasının bütün ərazisində universal poçt rabitəsi xidmətlərinin göstərilməsini təmin edir. Universal poçt rabitəsi xidmətlərinə çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli) və çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları aiddir. Milli operator tərəfindən çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların (içərisində korlar üçün nəzərdə tutulmuş qabarıq şriftli nəşrlər olan poçt göndərişi) göndərilməsi, poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri pulsuzdur.

Universal poçt rabitəsi xidmətlərinin tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir. Poçt rabitəsi operatorlarının əsas funksiyaları sırasına qanunla müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış tədbirlərinin və prosessual hərəkətlərin həyata keçirilməsində hüquq mühafizə orqanlarına yardım göstərilməsi də daxildir. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini Dövlət Gömrük Komitəsi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə müəyyən edirlər.

Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışı barədə rəsmi icazə verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar. Poçt rabitəsi operatoru rəsmi internet səhifəsində öz şəbəkəsində qəbul edilən və çatdırılan qeydiyyatlı poçt göndərişlərinin onlayn izlənilməsi imkanını təmin edir. İstifadəçi poçt göndərişinin qəbuluna dair qəbzdə göstərilən ştrix-kod nömrəsini sistemə daxil etməklə həmin göndərişin şəbəkədəki cari statusu barədə interaktiv məlumat alır. Sadə poçt göndərişlərinin, dövrü çap nəşrlərinin, habelə qeydiyyatlı poçt göndərişlərinin daxil olması barədə bildirişlərin ünvançılar tərəfindən alınması üçün poçt obyektində abunə qutuları quraşdırılır.

Abunə qutusunu icarəyə götürmüş fiziki və ya hüquqi şəxs qutunun nömrəsi əsasında ona ünvanlanmış sadə məktubları, dövrü çap nəşrlərini və bildirişləri bu qutuya yönəldə bilər. Abunə qutusunun açarının verilməsi barədə poçt obyektinin əməkdaşı ərizədə qeyd edir və qeyd abunəçinin imzası ilə təsdiq edilir. Abunə qutusundan təyin edilmiş istifadə müddəti bitdikdə və ya abunəçi gələcək istifadədən imtina etdiyi halda açar abunəçi tərəfindən poçt obyektinə qaytarılır.

Milli operator Azərbaycan Respublikasının bütün ərazisində RYTN tərəfindən müəyyən olunmuş normativlərə uyğun olaraq poçt qutularının yerləşdirilməsi və istifadəsi üzrə müstəsna hüquqa malikdir. Poçt qutuları Milli operator tərəfindən poçt obyektlərinin girişində, yerli icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanları ilə razılaşdırmaqla yaşayış binalarının və inzibati binaların divarlarında, yaşayış massivlərində, dəmiryolu stansiyalarında, hava və dəniz limanlarında, avtovağzallarda və istifadəçilər üçün münasib olan digər yerlərdə quraşdırılır. Poçt göndərişləri 3 əsas sinfə – məktub poçtu göndərişləri, poçt bağlamaları və sürətli poçt göndərişlərinə ayrılır. Poçt kartı, məktub, banderol, sekoqram, kiçik paket və “M” kisələri birlikdə “məktub poçtu göndərişləri” (və ya qısaca “məktub poçtu”) adlanır.

Qeydiyyatlı poçt göndərişlərinə sifarişli və qiyməti bəyan olunmuş məktub poçtu göndərişləri, adi və qiyməti bəyan olunmuş bağlamalar, sürətli poçt göndərişləri aid edilir. Sürətli poçt rabitəsi xidmətlərinin göstərilməsi İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş poçt rabitəsi operatorları tərəfindən həyata keçirilir.

Previous Post

Yeni nazir köhnə qaydanı ləğv etdi

Next Post

Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları

Bənzər yazılar

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Elchi.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Elchi.az xəbər verir ki, tədbir Heydər...

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...

Next Post

Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları

Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları

Son xəbərlər

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

09 Noyabr 2026 - 17:26
İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

09 Noyabr 2026 - 17:19
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

09 Noyabr 2026 - 17:10
Adanada zəlzələ olub

Adanada zəlzələ olub

09 Noyabr 2026 - 16:59
Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

09 Noyabr 2026 - 16:39
Yağışa görə bu oyun təxirə düşdü

Yağışa görə bu oyun təxirə düşdü

09 Noyabr 2026 - 16:30
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

09 Noyabr 2026 - 16:14
Özgür Özəl İlham Əliyevi təbrik etdi

Özgür Özəl İlham Əliyevi təbrik etdi

09 Noyabr 2026 - 16:01
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.