"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Yeni ipoteka siyasəti mənzil bazarında ciddi canlanma yaradacaq

21 İyul 2015 - 10:00
in İQTİSADİYYAT
FacebookVatsap

Yeni ipoteka siyasəti mənzil bazarında ciddi canlanma yaradacaq

Bunu da oxuyun

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Neft Fondunun korporativ istiqrazları azalıb

Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

Ekspertlər islahatlar və təkmilləşdirməni vacib sayır; hökumətə maraqlı təkliflər də verilib

İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manatın vəsaitin ayrılacağı xəbəri bu istiqamətdə müzakirələri yenidən aktuallaşdırıb. Hazırda həm rəsmi mövqelərdə, həm də ekspert qiymətləndirmələrində üst-üstə düşən mövqe ondan ibarətdir ki, ipoteka kreditləşdirməsi sahəsində islahatlar aparılmalı və onun mexanizmləri təkmilləşdirilməlidir. Ekspertlərin fikrincə, bu, mənzil bazarındakı durğunluğu aradan qaldıra bilər. Eyni zamanda ekspertlər mövcud qaydalar daxilində hökumətə təkliflər də veriblər.
Ekspert Qubad İbadoğlu da məsələ ilə bağlı təkliflərini açıqlayıb.
 “Bu təklifləri təqdim etməzdən əvvəl mövcud vəziyyətin təhlilini vacib hesab etdiyimdən diqqəti Azərbaycan İpoteka Fondunun açıqladığı bəzi rəqəmlərə çəkmək istərdim. AİF-in verdiyi məlumata görə, 2007-ci ildən başlayaraq bu ilin birinci yarısına qədər bütün mənbələr üzrə 600 milyon manata qədər ipoteka kreditləri maliyyələşdirilib. Göründüyü kimi, bu ilin ikinci yarısı üçün dövlət büdcəsindən ayrılacaq 200 milyon manatlıq qoyuluş bu bazarda ciddi canlanmaya gətirib çıxara bilər. Çünki ipoteka bazarının 9 il 6 ayda ildə dövriyyəsində olan vəsaitin 33 faizi bu ilin yalnız 6 ayında sərmayə olunacaq. Deməli, bu, həm də pul kütləsinin tənzimlənməsi üçün əlavə risklər yaradacaq. Belə risklərin idarəolunmasında gündən-günə zəifləyən bankların əsas iştirakçı kimi çıxış etməsi Mərkəzi Bankdan və AİF-dən ciddi qərarlar qəbul edilməsini zəruri edir.
AİF-in digər məlumatlarına görə, indiyə qədər verilmiş kreditlərin 24,55 faizi və ya 146 milyon manatından çoxu güzəştli şərtlərlə olub. Güzəştli kateqoriyaya aid borcalanların pay bölgüsü göstərir ki, onun 79,5 faizi hərbi qulluqçulara verilib. İpoteka kreditlərinin regionlar üzrə pay bölgüsünün təhlili göstərir ki, cəmi kreditlərin 11679-u Bakıda, 1563-ü Sumqayıtda, 599-u Gəncədə, 142-si Naxçıvanda, 390-ı isə digər rayonlarda verilib. Bu isə o deməkdir ki, indiyə qədər verilən kreditlərin 81,25 faizi Bakının payına düşüb. Borcalanların yaşlarına görə pay bölgüsünün struktur təhlili göstərir ki, onun 37, 5 faizi 18-29 yaş arası, cinsi mənsubiyyətinə, 83,1 faizi kişilərin, aylıq gəlirlərinə görə, borcalanların 35,3 faizinin aylıq gəliri 1100 manatdan çox olub. Kreditlərin 92,6 faizi çoxmənzilli binada fərdi mənzil almağa yönəldilib. Alınan fərdi evlərin 42 faizinin sahəsi 40-60 kvadrat metr arasında olub. AİF-in portfelində ipoteka predmetinin dəyərinin pay bölgüsü göstərir ki, kreditlərin 54,7 faizi 30-60 min manat intervalındadır. Göründüyü kimi, mövcud vəziyyətin qiymətləndirməsi göstərir ki, sosial kreditləşmə paketi hələ də zəifdir, kommersiya kreditləri aylıq əmək haqları 1100 manatdan çox olanlar üçün daha əlçatandır, kreditlərin əhatə dairəsi əsasən Bakı və Sumqayıtdadır, onun alıcıları isə əsasən kişilərdir. Bu və digər cəhətləri nəzərə almaqla aşağıdakı təkliflərimi vermək istərdim”.
Ekspertin birinci təklifi əmanət bazarında gedən prosesləri nəzərə alaraq əmanətlərlə ipoteka kreditləri arasında birbaşa əlaqə yaradılmasıdır: “Mənzil almaq üçün yığıma vəsait yönəldənlərə əmanətləri vasitəsilə ipoteka kreditlərinə çıxış imkanları yaradılmalı və onlar üçün ilkin ödənişlər ləğv edilməli, əmanətlərdən əldə edilən faiz gəlirləri ipoteka kreditlərin ödənilməsinə yönəldilməlidir. Bu halda mənzil almaq üçün banklarda əmanət yerləşdirənlər əmanətlərini müvəkkil banklardan geri çəkməməklə həm ipoteka krediti götürə və həm də əmanətləri üzrə faiz gəlirlərini onun aylıq ödənişlərinə yönəldə bilər”.
Həmçinin ipoteka kreditləri üçün ilkin ödənişlərin məbləği ilə kreditin məbləği və müddəti arasında asılılıq yaradılmalıdır: “Kreditin müddəti artdıqca ilkin ödənişin müddəti azalmalı, az olduqda isə artırılmalıdır. Gənc ailələr və gənclər, regiondan mənzil alanlar üçün minimum ilkin qoyuluş tələbi ləğv edilməlidir”,- deyə ekspert qeyd edib. Q.İbadoğlu deyib ki, borc alanların cinsi tərkibində dəyişikliyə nail üçün subay xanımlar və ailə başçısını itirmiş ailəli xanımlar da güzəştli kateqoriyaya daxil edilməlidir: “Eyni zamanda, büdcə vəsaitləri ilə maliyyələşən ipoteka kreditləri üzrə illik faiz dərəcəsi kommersiya kreditləri üzrə 6 faizdən 4 faizədək, sosial kreditlər üçün 4 faizdən 2 faizədək aşağı salınmalı, müvəkkil banklar tərəfindən ilk 5 il üçün sabit faiz dərəcələri tətbiq olunmalı, sonrakı illərdə isə faiz dərəcələri ilə kreditin müddəti arasında əks əlaqə yaradılmalıdır. Yəni müddət uzandıqca etibarlı borcalanlar üçün faiz dərəcələri aşağı salınmalıdır. Kreditlərin maksimum məbləği isə hər iki növ, sosial və kommersiya borcalanlar üçün eyniləşdirilməli və 100 min manatadək artırılmalıdır. Kreditlər üzrə ödəniləcək aylıq məbləğ ipoteka üzrə yüklü hesab edilən əmlakın ən azı 50 faizi, ən çoxu isə 70 faizinə qədər olmalıdır, bu interval aylıq gəlirin səviyyəsi ilə tənzimlənməlidir və ona uyğun optimallaşdırılmalıdır”.
 
Ekspert Vüqar Bayramov isə bildirib ki, ipoteka proqramın şərtlərinin təkmilləşdirilməsinə ehtiyac var:“Kreditlərin verilməsi üçün ayrılan vəsaitin həcminin artırıldığını nəzərə alaraq sosial ipoteka üçün maksimum məbləğin artırılması vacibdir. Nəzərə alaq ki, bu kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin ən azı 75 min manatadək artırılması məqsədəuyğundur. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi vacibdir. Bunun üçün uzun müddət müzakirə edilən 2 praktikadan istifadə edilməsi mümkündür. Birincisi, əmanət tikinti banklarının formalaşdırılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. İpoteka krediti təklif edən bankların əksəriyyətinin bu ilin iyununda ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışdıqlarını nəzərə alsaq, bu addımın atılması oldquca əhəmiyyətlidir. Belə ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərici əksər banklarda ən azı 2 dəfə artırılıb”.
Ekspertin sözlərinə görə, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var: “Bu zaman qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər. Sosial ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcminin artırıldığını nəzərə aldıqda regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin artırılmasına da ehtiyac var. Regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var. Eyni zamanda regionlar ipoteka kreditlərindən tam olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka kreditlərinə limitlərin müəyyənləşdirilməsi məqsədəuyğundur”.

 

Previous Post

Yeni ipoteka siyasəti mənzil bazarında ciddi canlanma yaradacaq

Next Post

Çin hipersonik raketləri sınaqdan keçirir

Bənzər yazılar

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

06 Avqust 2026 - 18:10

Qızılın bir unsiyasının qiyməti iyul ayını demək olar ki, başladığı səviyyədə – 4 027 ABŞ dollarında başa vurub. Elchi.az xəbər...

Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47

2025-ci ildə Azərbaycan korporativ istiqrazlarının ümumi həcmi ilin əvvəli ilə müqayisədə 290,2 mln. dollar daralaraq 1 683,8 mln. dollardan 1...

Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

06 Avqust 2026 - 16:59

Bu ilin yanvar – iyul aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub....

Azərbaycanda BOKT ləğv olundu

Azərbaycanda BOKT ləğv olundu

06 Avqust 2026 - 14:30

2020-ci ilin fevralında təsis edilmiş "Azərbaycan Evro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv edilib. Elchi.az xəbər verir ki, bu...

Next Post

Çin hipersonik raketləri sınaqdan keçirir

Çin hipersonik raketləri sınaqdan keçirir

Son xəbərlər

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

06 Avqust 2026 - 19:28
UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

06 Avqust 2026 - 19:14
“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

06 Avqust 2026 - 18:58
Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50
Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41
Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

06 Avqust 2026 - 18:29
“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

06 Avqust 2026 - 18:17
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

06 Avqust 2026 - 18:10
Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

06 Avqust 2026 - 17:59
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57
Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47
“Trabzonspor” Salahın maaşını açıqladı

“Trabzonspor” Salahın maaşını açıqladı

06 Avqust 2026 - 17:35
“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

06 Avqust 2026 - 17:26
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

06 Avqust 2026 - 17:20
Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

06 Avqust 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.