Nazirlər Kabinetinin İşlər müdiri və Baş nazirin köməkçiləri vəzifəsindən azad edilib.
Elchi.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad olunub.
Baş nazir Ə.Əsədovun digər sərəncamları ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifədən azad ediliblər.
Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş nazirin yeni köməkçisi təyin edilib.
Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.