Yəməndən İsrailə raket! Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb

🗓 03.06.2025 11:24 ✍️ "Elçi" qəzeti
Yəməndən İsrailə raket! Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İsrail ordusu Yəməndən atılan raketin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyini açıqlayıb. Yəməndə İranın dəstəklədiyi husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Elchi.az xəbər verir ki, Yəmən İsrailin Fələstində törətdiyi qırğınlara görə cavab verib. İsrail Müdafiə Qüvvələri (IDF) saat 21:00 radələrində Yəməndən atılan raket səbəbiylə Qüds, İordan çayının qərb sahili və İsrailin cənubu da daxil olmaqla bir çox bölgədə sirenlər çalındığını açıqlayıb. Milyonlarla insan sığınmağa çağırılıb və raketin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyi qeyd edilib.
Yəməndə İranın dəstəklədiyi husilər raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb və Tel-Əvivdəki Ben Qurion hava limanını hədəf aldıqlarını iddia ediblər. İsrail mətbuatı hücum nəticəsində xəsarət alanların və dağıntıların olmadığını açıqlayıb. Son hücum bir həftə ərzində Yəməndən İsrailə edilən 4-cü hücum kimi qeydə alınıb.

Şayəstə Hüseynova

Bənzər yazılar