"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Yazıçılar Birliyi bəyanat yaydı – Tam mətn

12 Sentyabr 2017 - 14:38
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb

Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

Yazıçılar Birliyi bəyanat yaydı - Tam mətn

Bu gün Xaqani küçəsində yerləşən “26” kafesinin bağlanması ilə bağlı baş verən hadisələrlə əlaqədar Azərbaycan Yazıçılar Birliyi katibliyinin iclası keçirilib və bəyanat qəbul olunub.

Elchi.az həmin bəyanatı təqdim edir.

“Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər keçmiş adı «26» olan kafe ilə bağlı qaldırılan süni qalmaqalı müzakirə etmiş və buna münasibət bildirməyi qərara almışdır.

Öncə məsələnin tarixçəsi. Uzun illərdir ki Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. «Buranı bağlayacayıq, qoymayacayıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.

Qalmaqalın özü barədə. Nədən başladı rəsmi şəxslərin və qabaqcadan xəbərdar edilmiş media nümayəndələrinin iştirakıyla keçirlirən bu basqın, reyder reysi?

Kiminsə ağlına gəlib ki, dünya kafelər şəbəkəsi kimi məlum olan 26 rəqəmini adı bədnam Bakı komissarlarıyla əlaqələndirsin. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, «asacayıq, kəsəcəyik» deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini yada salanda şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri həmişə erməni millətçiləriylə mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakıda, Moskvada, Türkiyədə, Avropaölkələrində xalqımızın haqq işini müdafiə edən, erməni təcavüzünü, dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.

Guya kiminsə arvadı ya dayısı ermənidir kimi populist sözləri və psixi sapıntıları ciddi qəbul etmək düz deyil, onları sadəcə sayıqlama saymaq olardı, amma Bakının İcra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi cavaba münasibət bildirməmək də olmaz, çünki bu cavab yumşaq şəkildə desək yanlışlıqlarla doludur. Əvvəla kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi «26-lar» yox «26»dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi «Xanımlara qəlyan çəkmək pulsuzdur» ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar.

Bəs bu lüzumsuz mərəkənin əsl səbəbi nədir? Bu çox sadə izah olunur. Sentyabrın 8-də «Yeni Müsavat» qəzetində Bakının bir küçəsinin foto şəkli verilmişdi. Küçə «26 Bakıkomissarı» (!) adlanır. Özü də Sabunçu rayonundadır.

Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib. (26 rəqəmini ayrı yerə yozmayın ha)! Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu “26” kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kompaniyanın təşkilatçıları çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə dərhal geniş material həsr olunub və həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar.

Sovet dövrünü yaşamış insanlar belə əcinnə ovlarını da, məsələnin əsl mahiyyətindən xəbərsiz «cəmiyyət nümayəndələrinin» əlüstü «ovçularla» həmrəy olduqlarını da yaxşı xatırlayırlar. Elə Şaumyanı da, başqa komissarları da tərifləyib göylərə qaldıran, bu temalarda dissertasiyalar müdafiə edib yüksək elmi adlar alanlar öz tarixçilərimiz deyildimi? Hansı biri üzrxahlıq edib, O, Azərbaycan xalqından onu illər boyu aldatdıqları üçün üzr istəyib?

Hacıbala müəllim iddia edir ki, «Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu Natəvan klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan «26-lar kafesi»nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir».

Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. Natəvan klubu Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir, demək olar ki, hər gün bu klubda ədəbi tədbirlər keçirilir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə Yazıçılar təşkilatına reyder reysiylə deyil, əziz müsafir kimi təşrif gətirsəydi onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd Arif kitabxanasıyla da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz barelyefini də görərdi.

Hacıbala müəllim Natəvan klubunda bir ədəbi tədbirimizdə iştirak etsəydi onu da bilərdi ki, mənhus 37- ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin Natəvan klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. (Elə Yazıçılar İttifaqı da o vaxtdan bu binaya köçüb). Axı nə qədər yanlış sözlər deyib onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti xamlamaq olar. Yeri gəlmişkən bu böyük alimin – Məmməd Arifin yaşadığı evə xatirə lövhəsi vurdurmağı Hacıbala müəllimdən xahiş edirik.

Ermənilərin və ermənipərəstlərin Azərbaycan Yazıçılar Birliyinin əleyhinə dedikləri, yazdıqları, Sovet vaxtı Moskvaya millətçiliyimiz haqqında danos vermələrinin səbəbi aydındır. Bəs özümüzünkilər niyə bu təşkilata belə qənim kəsilib, əllərindəki bütün imkanlardan istifadə edərək bu təşkilatı və ayrı-ayrı görkəmli yazıçıları nüfuzdan salmağa çalışırlar? Yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.

Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq”.

Previous Post

Yazıçılar Birliyi bəyanat yaydı – Tam mətn

Next Post

Milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb

Bənzər yazılar

Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb

Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb

20 Noyabr 2026 - 19:32

Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Elchi.az - a Bakı Metropolitenindən...

Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL

Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL

20 Noyabr 2026 - 16:05

Pekindən Mərkəzi Asiyaya, oradan isə Pnompen, Vyentyan və Hanoya qədər uzanan diplomatik xətt Azərbaycanın Şərq istiqamətində ayrı-ayrı təşəbbüslərlə məhdudlaşmadığını, uzunmüddətli...

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

Yeni Azərbaycanın qurulmasında və inkişafında müstəsna rol oynayan partiya

20 Noyabr 2026 - 12:22

“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyası (YAP)...

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır

19 Noyabr 2026 - 20:21

Badamdarda sürüşmə prosesi aktiv fazadadır. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. "Sorğunuza cavab olaraq bildiririk ki,...

Next Post

Milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb

Milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb

Son xəbərlər

“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

21 Noyabr 2026 - 13:40
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

21 Noyabr 2026 - 13:28
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

21 Noyabr 2026 - 13:25
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

21 Noyabr 2026 - 13:12
ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

21 Noyabr 2026 - 12:30
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

21 Noyabr 2026 - 12:16
Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

21 Noyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

21 Noyabr 2026 - 11:41
İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

21 Noyabr 2026 - 11:39
Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

21 Noyabr 2026 - 11:36
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

21 Noyabr 2026 - 11:30
Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

21 Noyabr 2026 - 11:30
Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

21 Noyabr 2026 - 11:22
Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.