"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yaşıllıqları qorumaq üçün “balta” kimi qanun hazırlanıb

28 Oktyabr 2016 - 09:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

Tovuz rayonuna dolu düşüb

Yaşıllıqları qorumaq üçün “balta” kimi qanun hazırlanıbQanunsuz ağac kəsən hüquqi şəxslər 45 min manatadək cərimələnəcək; fiziki şəxslərin də cəzaları ağırlaşdırılır

Ağacların qanunsuz kəsilməsinə görə cəzalar sərtləşdirilir. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin oktyabrın 16-da keçirilən birgə iclasında geniş müzakirələr aparılıb. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklərin müzakirəsi zamanı deputatlar yaşıllıqların məhvinə etiraz ediblər.
Müzakirəyə təqdim olunmuş layihəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2 min manat miqdarında, vəzifəli şəxslər 4 min manat miqdarında, hüquqi şəxslər isə 25 min manat miqdarında cərimə ediləcək. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 1200 manat miqdarında, vəzifəli şəxslər 5 min manat miqdarında hüquqi şəxslər isə 35 min manat miqdarında cərimələnəcək. Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə 2500 manat, vəzifəli şəxslərə 6 min manat, hüquqi şəxslərə 40 manat miqdarında cərimə kəsiləcək. Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə kəsilməsinə görə fiziki şəxslər üç min yüz manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər isə qırx beş min manat cərimələnəcək. Məcəllənin 253-cü maddəsinə 253.4 hissə əlavə edilib. Əlavəyə görə, Meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə min manat cərimələnəcək.
Müzakirələrdə çıxış edən deputat Rövşən Rzayev bildirib ki, təmsil etdiyi Göygöl rayonunda ağaclar sürətlə kəsilir və buna səbəb insanların istiliklə təminatında yaranan problemlərdir. O qeyd edib ki, həmin dağətəyi bölgədə yaşayan insanlar qış aylarında istiliklə təmin olunsalar, ağacları kəsməzlər. R. Rzayev onu da bildirib ki, paytaxt Bakıda da son vaxtlar ağaclar çox kəsilir və bunun kimlər tərəfindən edildiyi hələ də məlum deyil. 
 “Hamımız Avropada oluruq. Orada hara baxırsan yaşıllıqdır. Avropada yaşıllığı Allah salır, Allah da suvarır”. Modern.az  xəbər verir ki, bu sözləri birgə müzakirələrdə komitə sədri Eldar İbrahimov söyləyib. Deputat Meşə Məcəlləsində dəyişikliklərin müzakirəsində deyib ki, Azərbaycanda ağac əkilsə də, su problemi hələ də qalır: “Avropanın suyu da, yağışı da var. Orada xüsusi hansısa su anbarları yoxdur ki… Azərbaycanda ağacı əkirsən, amma su yoxdur suvarmağa. Misal üçün, Şamaxı yolunda o qədər ağaclar var, amma su yoxdur. Bizim çətinliklərimiz də var. Amma ağacları qorumaq hər birimizin borcudur”.
Ekologiya və təbi sərvətlər nazirin  müavini Firdovsi Əliyev son dəyişikliklə yiyəsiz qalmış meşələr onların nazirliyinə veriləcək. “Nazirlik 9 ay ərzində 146 nəfəri 274.200 manat cərimələyib. 154 fakt üzrə iş hüquq-mühafizə orqanlarına göndərilib, 16 iş isə məhkəməyə verilib” deyə, o bildirib.
Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə də dəyişiklik edilməsi zəruri sayılıb. Belə ki, Məcəllənin 57-ci maddəsinə yeni bənd əlavə edilib. Əlavəyə görə, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. Həmçinin, məcəllənin  68-ci maddəsinə də bəndlər əlavə edilib. Əlavəyə əsasən, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir.
Previous Post

Sarkisyan Suriya ermənilərini Ermənistana çağırır

Next Post

Bakıda yağış, rayonlara qar yağacaq

Bənzər yazılar

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri,...

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

22 Sentyabr 2026 - 23:41

Azərbaycan və Çex Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Elchi.az - a Azərbaycan XİN-dən məlumat...

Tovuz rayonuna dolu düşüb

Tovuz rayonuna dolu düşüb

22 Sentyabr 2026 - 23:37

Tovuz rayonuna dolu düşüb. Elchi.az -ın məlumatına görə, dolu rayonun Çobansığnaq kəndində yağıb. Təbiət hadisəsi bu gün axşam saatlarında baş...

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

22 Sentyabr 2026 - 20:50

Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması üzərində işləməyə və hər iki tərəfin liderləri ilə əlaqə saxlamağa davam edir. Elchi.az xəbər verir...

Next Post

Bakıda yağış, rayonlara qar yağacaq

Putin Güləndən danışdı: `Ərdoğan hesab edir ki...`

Son xəbərlər

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02
Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çex Respublikası arasında siyasi məsləhətləşmələr keçirilib

22 Sentyabr 2026 - 23:41
Tovuz rayonuna dolu düşüb

Tovuz rayonuna dolu düşüb

22 Sentyabr 2026 - 23:37
“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” – Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

“Adət-ənənə uşağın hüquqlarının pozulmasına bəraət qazandıra bilməz” – Ceyhun Məmmədov erkən nikahlarla bağlı çağırış etdi

22 Sentyabr 2026 - 21:39
ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb

22 Sentyabr 2026 - 20:51
ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

22 Sentyabr 2026 - 20:50
Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb

22 Sentyabr 2026 - 20:48
Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər

22 Sentyabr 2026 - 20:10
Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir

22 Sentyabr 2026 - 20:08
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

22 Sentyabr 2026 - 20:07
Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

22 Sentyabr 2026 - 19:29
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

22 Sentyabr 2026 - 19:20
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

22 Sentyabr 2026 - 19:11
Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

22 Sentyabr 2026 - 19:00
XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN: Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır

22 Sentyabr 2026 - 18:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.