“YAŞAT” Fonduna daxil olan müraciətlərin 43.13 faizi məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır”.
Elchi.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatda deyib.
O qeyd edib ki, müraciətlərin 38 faizi sağlamlıq durumu ilə bağlı kömək üçün edilib:
“Ümumilikdə 10 215 müraciət qeydə almışıq. Onlardan 4417 şəhid ailəsi, 7 itkin hərbçilərin ailəsi, 5791 müraciət isə yaralı hərbçilərimiz tərəfindən edilib”.