2023-cü ilin avqust ayına olan məlumata görə, Hollandiyanın Haaqa şəhəri yaşamaq üçün ən əlverişli şəhər seçilib. Elchi.az xəbər verir ki, bu barədə “Numbeo” xidməti məlumat yayıb.
Xidmət məlumatları real vaxt rejimində yeniləyir. Birinci yerdə 215,9 indekslə Haaqa qərarlaşıb. Reytinqdə ikinci yeri Rotterdam, ilk 3-lüyünü Lüksemburq tutub. Sonrakı sıralanmada isə Valensiya, Amsterdam, Vyana, Helsinki, Madrid, Kopenhagen və Reykyavik yer alıb.
Havar Şəfiyeva