Yaponiyanın baş naziri Şiqeru İşiba istefa vermək qərarına gəlib.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
“Mən Liberal Demokrat Partiyasının sədri vəzifəsindən getməyə qərar verdim”, – deyə siyasətçi qeyd edib.
O, qəfil elana görə vətəndaşlardan üzr istəyib. İşiba bu vəzifədə qalmaq istəmədiyini və bu qərarı vermək üçün uyğun vaxtı gözlədiyini xatırladıb. Onun sözlərinə görə, hakimiyyət siyasi islahatlar haqqında qəbul edilmiş qanuna baxmayaraq, yapon xalqının hökumət siyasətinə inamsızlığını aradan qaldıra bilməyib. Baş nazir vurğulayıb ki, hakim partiyanın yenilənməsinə ehtiyac var.
Yeganə






















Son şərhlər