Elchi.az xəbər verir ki, Yapon adalarının rəqəmsal xəritəsi təxminən 7000 yeni adanın kəşfinə imkan verib.
Müntəzəm olaraq vulkanik hadisələrə və ekstremal hava şəraitinə məruz qalan 370 min kvadrat kilometrdən çox ərazisi olan Yaponiyada adaları saymaq asan deyil.
Coğrafiyaçılar rəsmi statistikaya görə 6852 olan adaların sayının əslində bundan qat-qat çox olduğunu bildiriblər.
Mediada yayılan xəbərlərə görə, Yaponiya Coğrafi İnformasiya Agentliyi rəqəmsal xəritələmə üsulundan istifadə edərək, siyahıyaalma nəticəsində cəmi 14 min 125 ada müəyyən edib. Bu, əvvəllər məlum olandan 7 min 273 çoxdur.
Nəticələrini yaxın bir neçə həftə ərzində açıqlayacaq hökumət qurumu bildirib ki, yeni məlumatın Yaponiya ərazisinin və ya ərazi sularının ölçüsünü dəyişməsi ehtimalı azdır.
Şayəstə