Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

🗓 18.04.2024 11:00 ✍️ "Elçi" qəzeti
Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb
Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Yaponiya ictimai televiziyası bildirib ki, zəlzələnin ən çox hiss olunduğu cənub-qərbdəki Ayti, Koti və Osaka prefekturalarında səkkiz nəfər yüngül xəsarətlər alıb: əsasən yıxılma sonucunda sıyrıqlar və əzik. Xatırladaq ki, yerli vaxtla aprelin 17-dən 18-nə keçən gecə Yaponiyanın Sikoku və Küsü adaları arasında 6,4 maqnitudalı zəlzələ olub. Teknonik zərbə sunami təhlükəsinə gətirib çıxarmayıb. Havar Şəfiyeva

Bənzər yazılar