Yaponiyada uşaq istismarında artış

109

Yaponiyada 2022-ci maliyyə ilini əhatə edən 2022-ci ilin aprel-2023-cü ilin mart aylarında ölkə daxilində 219 min 170 uşaq zorakılığı hadisəsinin qeydə alındığı bildirilib.
Elchi.az xəbər verir ki, Uşaq və Ailə Agentliyinin son məlumatlarına görə, 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər ölkə üzrə uşaq məsləhət mərkəzlərinə rekord səviyyədə sui-istifadə halları qeydə alınıb.
Qurumun açıqlamasında, sözügedən dövrü əhatə edən 2022-ci maliyyə ilində 219 min 170 uşaq zorakılığı hadisəsinin qeydə alındığı bildirilib.
Vurğulanıb ki, rəsmi statistikanın ilk dəfə qeydə alındığı 1990-cı ildən Yaponiyada qeydə alınan uşaq zorakılığı hallarının sayı son 32 ildə ən yüksək göstəricidir.
Psixoloji zorakılıq 129 min 484 hadisə ilə ən çox uşaq istismarı növüdür. Psixoloji zorakılığı 51 min 679 ilə fiziki zorakılıq, 35 min 556 ilə baxımsızlıq və 2 min 451 ilə cinsi təcavüz izləyir.
Yaponiyada illik uşaq istismarı halları 1999-cu ildə 10 mini, 2015-ci ildə 100 mini, 2020-ci ildə isə 200 mini keçib.
Məlumatlar 18 yaşdan aşağı yaş qrupunu əhatə edir.

Şayəstə Hüseynova