Yaponiyada inflyasiya 1981-ci ildən bəri ən yüksək həddə çatıb

69

Elchi.az xəbər verir ki, bu ilin yanvarında Yaponiyada istehlak qiymətləri illik ifadədə 4,3% artıb ki, bu da 1981-ci ildən bəri ən yüksək göstəricidir. Bunu ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin məlumatları sübut edir.
Agentlik həmçinin ötən ilin dekabrında qiymətlər illik müqayisədə 4,0% artdığı üçün inflyasiya dərəcələrində artım tendensiyası olduğunu bildirir.
Əsas məhsul növlərinin bahalaşması qeyd olunur. Belə ki, 2023-cü ilin yanvar ayında bitki yağının qiyməti 31,7%, qızılbalığın qiyməti 29,4%, çörəyin qiyməti 11,5%, donuz əti və südün qiyməti 10% artıb.
Enerji qiymətlərində yüksək artım templəri bildirilir. Belə ki, elektrik enerjisi 20,2 faiz, qaz ümumilikdə 24,3 faiz, şəhər sakinləri üçün isə 35,2 faiz bahalaşıb.

Şayəstə